• $
  • €
  • ₽
  • ₺
  • £

“WhatsApp”- da yeni virus

“WhatsApp”- da yeni virus
17.01.2018 20:19
"Kasperski Laboratoriyası” "WhatsApp” messencerdən ismarıcları oğurlaya bilən yeni virus aşkarlayıb. "Skygofree” virusu Android proqram təminatı ilə işləyən mobil qurğuları hədəfə alır.

Anews.az xəbər verir ki, bu barədə şirkətin apardığı araşdırmada deyilir.

"Skygofree” virusu iri mobil operatorların saxta saytları vasitəsilə yayılır. Belə saytlarda istifadəçilərə yalandan "interneti sürətləndirən” utilitli proqram yükləmək təklif olunur.

"Skygofree” – bizim indiyə kimi bu platforma üçün üzləşdiyimiz ən güclü casus aləti sayılır”, –deyə analitiklər qeyd edir.

Ekspertlərin yazdığına görə, casus-proqram  telefon danışıqlarını qeydə ala, SMS-ləri və "WhatsApp” yazışmaları, GPS və şəxsi təqvim tətbiqində məlumatlarını oğurlaya bilir. Bundan başqa, mobil telefon açıq olduqda ətrafda olan səsləri yaza bilir. Virusun vasitəsilə kibercinayətkarlar mobil telefonun qoşulduğu Wi-Fi sisteminə müdaxilə edə  bilir.

Araşdırmay görə, "Skygofree” 2015-ci ildən etibarən geniş yayılıb. "Kasperski Laboratoriyası”nın məlumatlarına görə, sonuncu dəfə onun yayılmasına xidmət edən domen ötən ilin oktyabr ayının 31-də qeydə alınıb. Həmin vaxt virusdan başlıca olaraq İtaliyada olan mobil qurğu istifadəçiləri əziyyət çəkib. Ekspertlər virusu hazırlayan virtual-dələduzların məhz İtaliyada olduğuna əmindir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol