• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslar geri çəkilir – Türk tankları hücuma keçir

Ruslar geri çəkilir – Türk tankları hücuma keçir
18.01.2018 10:48
Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirməyə planlaşdırdığı əməliyyata hazırlıq davam edir.

Publika.az xəbər verir ki, Ankara əməliyyat öncəsi rus hərbçilərinin bölgədən çəkilməsi üçün Moskva ilə danışıqlar aparır.

Son məlumatlara görə, Türkiyə sərhədinə yaxın 3 bölgədəki 61 rus hərbçisi Afrin şəhərinin cənubundakı Minnig hərbi bazasına çəkilib. Ancaq kritik hesab olunan 6 bölgədə 102 rus hərbçisinin hələ də qaldığı bildirilir.

Afrin-Azez-Cerablus xəttində əməliyyata hazırlıqlar sona yaxınlaşır. Türkiyə Silahlı qüvvələrinə bağlı hərbi bilrliklər 191 kilometr sərhəd boyunca artilleriya batareyaları ilə 7 kritik nöqtədə yerləşdirilib. Digər tərəfdən, 4 fərqli qrupdan ibarət Azad Suriya Ordusu Turkiyə ordusuna dəstək üçün bölgəyə göndərilib. Eyni saatlarda türk hərbçiləri və Azad Suriya Ordusunun döyüşçülərinə Afrindən YPG terrorçularının atəş açdığı bildirilir. Məlumata görə, cavab atəşi ilə YPG-yə bağlı qruplar Afrin xəttində 6 kilometr geri çəkilib.

Azez xətti ilə müqayisədə daha çətin hesab olunan İdlib xəttində də Türkiyə ordusunun qurduğu 4-cü nəzarət nöqtəsində hazırlıqlar tamamlanmaq üzrədir. İdlib xəttində iki müxalifət qrupu ilə danışıqların davam etdiyi, qrupların Afrin əməliyyatına dəstək üçün hazır olduqları, ancaq koordinasiya üçün müəyyən şərtlərin yerinə yetirilməsi ilə əməliyyata daxil ediləcəyi bildirilir. Hərbi mənbələrə görə, İdlib xəttindəki hərbi birliklər əməliyyatın ilk iki mərhələsində artilleriya ilə dəstək verəcəklər.

Türkiyə Silahlı qüvvələri üçün ən çətin xətt Hatay-Hassa xətti hesab olunur. Burada 12 nöqtədə giriş üçün sərhəd divarları qaldırılıb. Dünən axşam saatlarında yayılan məlumata görə, xüsusi texnika sərhədi keçərək ərazini təmizləməyə başlayıb.

Hərbi texnika və şəxsi heyətin bir neçə gündür davam edən nəqli dünən də davam etdirilib. Tankların sərhəd xəttini keçmək üçün hazır vəziyyətdə saxlanıldığı bildirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol