• $
  • €
  • ₽
  • ₺
  • £

“Tesla” avtomobili süni peyk oldu

“Tesla” avtomobili süni peyk oldu
09.02.2018 21:16
ABŞ hərbi hava qüvvələrinin kosmik komandanlığı kosmosa "Falcon Heavy” raketində buraxılan avtomobili süni peyk kataloquna daxil edib.

Anews.az xəbər verir ki, bu barədə hərbi qurumun "Twitter” səhifəsində məlumat yayılıb.

Peyklərin siyahısı Harvard-Smitsonian Astrofizika Mərkəzinin alimi Conatan Makdauelin diqqətindən yayınmayıb. O, avtomobilin 43 205 nömrə altında qeydə alındığı siyahını skrinşot edərək, şəklini "Twitter” səhifəsində paylaşıb.

"Bəli, biz, həqiqətən, "Tesla Roadster”i peyk kataloquna daxil etmişik”, - deyə kosmik komandanlığın açıqlamasında qeyd olunur.

Qurumun əməkdaşları avtomobilin yer orbitində olacağı müddətdə onu digər kosmik obyektlər kimi radarlar və teleskopların köməyi ilə təqib edə biləcəklər.

Xatırladaq ki, fevralın 6-da "SpaceX” şirkəti Devid Bounin "Space Oddity” mahnısının müşayiəti altında orbitə tünd qırmızı rəngli, sükan arxasında maneken kosmonavtın əyləşdiyi "Tesla Roadster” avtomobili göndərib. Avtomobil "Space X”-in dünyanın ən güclü raketi adlandırdığı "Falcon Heavy” daşıyıcı raketinə faydalı yük rolunu oynayıb.

Raketin maksimum yükgötürmə qabiliyyəti 64 tondur, onunla gələcəkdə Marsa 17 tona yaxın yük daşına bilər. İlon Mask etiraf edib ki, içində manekenin olduğu yükü əyləncə xatirinə kosmosa buraxıb, belə ki, buna qədər raketin sınaqlarında mühəndislər hər dəfə daşıyıcıya maraqsız beton bloklar və ya dəmir parçaları bərkidib”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol