• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranskinin qatili bilindi

Lənkəranskinin qatili bilindi
29.05.2020 08:18
Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş "göyərti kralı” Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər.

Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib.

Mənbə bildirib ki, Rövşən Canıyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü praktiki olaraq açmağı bacarıblar. Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün "qanuni oğru” R.Canıyevin qruplaşmasından iki killer cəlb olunub.Həmçinin xəfiyyələr aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan Lənkəranski şəxsən veribmiş.

Xatırladılır ki, Canpolad Şamiloğlunun qohumları və silahdaşları da öz araşdırmalarının gedişatında eyni nəticəyə gəlmiş və Lənkəranskidən qisas alınacağını bildirərək, barəsində ölüm hökmü vermişdilər.

Cambulatın qohumları və "həmkar”ları öz təhqiqatları nəticəsində elə həmin yekun qərara gəliblər və Canıyevə "qan qisası” elan edəırək, ölüm hökmü çıxarıblar. Lakin bu işin icrası onların arxasında iki nüfuzlu şəxs oilmadan qeyrui-mümkün idi. Həmin şəxslər Vaqif Süleymanov (Vaqif) və Rəşad İsmayılovdur (Gəncəli Rəşad).

Onların isə öz növbəsində kriminal dünyasında daha böyük dayaqları var – "qanuni oğru” Nadir Səlifov (Lotu Quli)

Onların hamısı Canıyevin ölümündə maraqlı idilər, yalnız ona görə yox ki, Cambulatın qisasını alsınlar. İlk növbədə, məsələ bir sıra bazarlara nəzarəti ələ keçirməkdən ibarət idi.
Qeyd edək ki, 2016-cı il 18 avqust gecəsi Canıyev İstanbul mehmanxanalardan birinin restoranında öz briqadasının üzvləri ilə bir araya gəlmişdi. O restorandan çıxıb oradan azca aralanandan sonra qatillər onun maşınını atəşə tutaraq deşik-deşik etmişdilər. Nəticədə "qanuni oğru” özü və onun sürücüsü funksiyalarını yerinə yetirən sinif yoldaşı öldürülmüşdü.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol