• $
  • €
  • ₽
  • ₺
  • £

Türk rəsmilər Xocalı faciəsindən yazdı

Türk rəsmilər Xocalı faciəsindən yazdı
26.02.2018 11:13
Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı qardaş Türkiyənin rəsmi simaları Azərbaycan xalqına başsağlığı verib, dəstək mesajları yayımlayıb.

Axar.az xəbər verir ki, TBMM sədri İsmayıl Qəhrəman, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın və Baş nazir Binəli Yıldırım Türkiyənin Azərbaycanın haqq davasında yanında olduğunu vurğulayıb.

TBMM sədri İsmayıl Qəhrəman bəşər tarixinin ən qanlı qətliamlarından birinin Xocalıda yaşandığını xatırladaraq, yazıb: "Ermənistan dövlətinin bugünkü rəhbərlərinin də əli olan bu qətliam bəşəriyyət tarixinə utanc sənədi olaraq qeyd edilmişdir”.

Türkiyənin Baş naziri Binəli Yıldırım isə "Türkiyə Cümhuriyyəti olaraq qardaş Azərbaycan xalqının Xocalıda üzləşdiyi bu vəhşəti və Azərbaycan torpaqlarının təxminən 20 faizinin 25 ildən artıq müddətdir davam edən işğalını ən sərt şəkildə qınayırıq” deyib.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Xocalı faciəsinin 26-cı ildönümündə şəhidlərimizi rəhmətlə yad edərək, hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib.

Qeyd edək ki, bu gün XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımından 26 il ötür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol