• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə qarşı dəhşətli plan: Tək canavar…

Türkiyəyə qarşı dəhşətli plan: Tək canavar…
27.02.2018 18:46
Türkiyənin Şırnak vilayətinin Silopi mahalında tutulan bir terrorçunun ifadəsi PKK terror təşkilatının Türkiyə ilə bağlı dəhşətli planı ortaya çıxıb.

Publika.az xəbər verir ki, İraq və Suriyada ağır zərbələr alan terror təşkilatı Türkiyədə sensasiyalı terror aktlarını törətməyi planlaşdırır.

Tutulan "Demot” kod adlı A.K. da Türkiyəyə məhz bunun üçün göndərilmişdi. İfadəsi alınan "Demot” PKK-nın "tək canavar”ı olduğu ortaya çıxıb. Məlum olub ki, ABŞ-ın nəzarəti altında Rakkadan çıxan İŞİD terrorçularının PKK/PYD terror təşkilatına "tək canavar” taktikası üzrə təlim veriblər. Məlumata görə, Türkiyənin kəşfiyyat qurumları təhlükəsizlik qurumlarını "tək canavar” taktikası üzrə xəbərdar edib.

İŞİD Suriya və İraqda əsas dayaq məntəqələrini itirdikdən sonra, müşahidəçilər qorxularını ifadə edirlər ki, qruplaşmanın döyüşçüləri dünyanın müxtəlif ölkələrinə yola düşərək fəaliyyətlərini davam etdirəcəklər. Bir çox məruzənin müəllifləri döyüşçülərin gəldikləri ölkələrə qayıdışı barədə xəbərdarlıq edirlər. Bildirilir ki, İŞİD-in ideologiyası yox olmayacaq və "yatan hüceyrələr” yaradılacaq. Onlar yeni terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlimatları gözləyəcəklər. Söhbət "tək canavar” taktikasından gedir.

"Tək canavar” taktikası artıq beynəlxalq cəmiyyət üçün dəhşətli yuxuya çevrilib. Hamı həmfikirdi ki, bu taktika fövqəladə təhlükəlidir və dövlətlərin təhlükəsizliyi və sabitliyi üçün böyük təhdiddir. Həqiqətən, "tək canavar” termini yeni minillikdə terror təşkilatları tərəfindən terror aktlarının həyata keçirilməsi üçün yeni taktika fonunda ortaya çıxıb. Bir neçə terror təşkilatı dünya ölkələrində "tək canavar” taktikasını işə sala bilər.

Rusiya 1848-ci ildən sonra "canavarlar”ın mənbəyi olan ən məşhur ölkələrdən biri olub. "Tək canavarlar” I Dünya müharibəsindən sonra müstəmləkəçiliyə qarşı azadlıq hərəkatının yaranması ilə ortaya çıxıb. Həmçinin 1960-cı illərin əvvəllərində sol hərəkatlar zamanı "tək canavarlar”ın rolunu qeyd etmək lazımdır.

"Tək canavarlar”ın təhlükəsi ondan ibarətdir ki, terror təşkilatları zorakılığı sevən insanların cəlb edilməsi üçün hər cür metodlardan istifadə edir. Onlar hər şeydən əvvəl sosial şəbəkələrin köməyi ilə cəlb edilirlər. Həmçinin”"tək canavarlar”ın elə tipi mövcuddur ki, hər hansı əlaqələrə malik olmadan terror aktları törədirlər. Kommunikasiya mexanizmləri onlar üçün əlçatan olmur, təşkilatın liderləri ilə əlaqə saxlamaq imkanlarına malik deyillər və xüsusi xidmət orqanları tərəfindən yaxalanmaması üçün sosial şəbəkələrdən istifadə etməyə qorxurlar. Onlar həmçinin məscidlərdə insanlarla ünsiyyət saxlamağa qorxurlar. Çünki hesab edirlər ki, onların əksəriyyət itəhlükəsizlik xidmətlərində işləyirlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol