• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin adamından müharibə açıqlaması: Seçki vaxtı…

Putinin adamından müharibə açıqlaması: Seçki vaxtı…
27.02.2018 14:15
Martın 18-də keçiriləcək prezident seçkilərində Vladimir Putinin yenidən seçilməsinə mane olmaq məqsədiylə Donbasda yaxın günlərdə müharibə başlana bilər.

Publika.az xəbər verir ki, bu haqda Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

"Kiyevin cəza rejiminin nəzarətində olan KİV-lər Rusiya qoşunlarının müdaxiləsi ehtimalının yüksək olduğu və Rusiyanın hücumuna cavab vermək zərurəti barədə təbliğat kampaniyasına başlayıblar. Bu, ehtimal etməyə imkan verir ki, Kiyev yaxın günlərdə genişmiqyaslı təxribat hazırlayır. Aydındır ki, Rusiyada prezident seçkiləri ərəfəsində yeni müharibənin əsas məqsədi seçkilərə təsir etməkdir”, - politoloq qeyd edib.

Markov Ukrayna Silahlı Qüvvələrinin əsas zərbə istiqamətləri kimi Donetsk, Luqansk və Qorlovka şəhərlərinin adlarını çəkib.

"Yüzlərlə insan həlak olacaq. Bundan sonra Ukrayna Silahlı Qüvvələri hərbi əməliyyatları dayandıracaq. Və Rusiya əhalisinin reaksiyasını gözləyəcəklər. Nəticədə, Rusiya çox çətin vəziyyətdə olacaq. Sərt cavab veriləcək? Amma, axı döyüş əməliyyatları artıq başa çatıb. Bəyanatlarla kifayətlənmək lazımdır? O halda Putinin Donbasdakı rusları qorumaqda qabiliyyətsiz olduğu bildiriləcək və prezident seçkiləri ərəfəsində onun reytinqinin kəskin düşməsi başlanacaq”, - Markov əmin edib.

Markovun sözlərinə görə, bombardmanlar "qorxunc reallıq” ola bilər.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-nə təyin edilib. Bu, Krımın Rusiya tərəfindən ilhaqının rəsmiləşdirilməsinin dördüncü ildönümünə təsadüf edir. Ukraynanın Xarici İşlər Nazirliyi Krımda prezident seçkilərinin keçirilməsinə qarşı etirazla Rusiyanın Xarici İşlər Nazirliyinə nota göndərib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol