• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəng metastazlarına qarşı dərman tapıldı

Xərçəng metastazlarına qarşı dərman tapıldı
29.05.2020 01:05
Kaliforniya Universitetinin alimləri bədxassəli şişlərə paklitaksel preparatının çatdırılması üzrə yeni metod hazırlayıb. Tədqiqat qrupu bu birləşməni metastazın formalaşmasına yol açan onkogen EphA2-ni hədəfə alan 123B9 molekulu ilə birləşdirib.

Anews.az xəbər verir ki, bu barədə "MedicalXpress” məlumat yayıb.

Xərçəngdən əziyyət çəkən pasiyentlər başlıca olaraq şişli metastazlar ucbatından vəfat edir. Hələlik xərçəngin ikinci dərəcəli ocaqlarının formalaşmasına qarşı effektiv müalicə vasitəsi yoxdur. Halbuki qüsurlu hüceyrələrin qan və limfa ilə digər toxumalar və orqanlara yayılması bir sıra birləşmələrdən, o cümlədən EphA2 onkogenindən asılı olur.

Tədqiqatçıların sözlərinə görə, preparatla əlaqəli EphA2 bir növ troyan atı rolunu oynayaraq, dərmanı tez parçalanan bədxassəli hüceyrələrə çatdırır və onun yayılmasına əngəl olur. Bu halda ocağa daxil olan 123B9 aqonisti hüceyrənin xaricində olan onkogenin daxilinə sovrulur və parçalanır.

Bu öz növbəsində insanın qan-damar sistemində sirkulyasiya edən qüsurlu hüceyrələrin miqdarını əhəmiyyətli dərəcədə azaldır.

Süd vəzisi xərçəngindən əziyyət çəkən siçanlar üzərində aparılan təcrübələrdən məlum olub ki, təkcə paklitaksellə müalicə olunan gəmiricilərdən fərqli olaraq, qeyd olunan preparat kombinasiyasının yeridildiyi siçanların ağ ciyərlərində metastazlar meydana gəlməyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol