• $
  • €
  • ₽
  • ₺
  • £

Yadplanetlilərlə əlaqənin tarixi açıqlandı

Yadplanetlilərlə əlaqənin tarixi açıqlandı
29.05.2020 04:50
Nəzəriyyəçi fizik Mitio Kaku insanların yadplanetlilərlə gələn yüzillikdə müqavilə bağlayacağını bildirib.

Anews.az xəbər verir ki, bu barədə "Science Alert” jurnalında məlumat yayılıb.

Alim bu proqnozu "Reddit”də "AMA” (Ask Me Anything – tərc. İstədiyin sualı ver) silsiləsindən verdiyi onlayn müsahibədə, sosial şəbəkə istifadəçilərinin suallarını cavablandıran zaman səsləndirib.

Alimin sözlərinə görə, yadplanetlilərin hansı kosmik sivilizasiyalara aid olduğunu öyrənmək üçün onların dilini deşifrə etmək lazım gələcək. Ancaq "şüur qardaşları” ilə rabitə qurmaq elə də asan olmayacaq, çünki onlar istənilən halda Yer planetindən azı onlarla işıq ili uzaqlıqda olacaq.

SETI (Search for Extraterrestrial Intelligence) layihəsinin böyük astronomu Set Şostak isə yadplanetlilərlə yaxın 20 il ərzində radiodalğalar vasitəsilə ünsiyyətin qurulacağını bildirir. Daha tanınmış nəzəriyyəçi-fizik Stiven Hokinq isə yadplanetlilərin bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu iddia edir və insanları heç bir halda kosmik sivilizasiyaların ismarıclarını qəbul etməməyə çağırır. 

Astronomlar Maykl Hippke və Con Lerned də onunla razılaşırlar. Onlar "qeybdən” gələn ismarıclarda ziyanlı şifrələrin və ya təhlükəli dezinformasiyanın ola biləcəyini iddia edirlər.
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol