• $
  • €
  • ₽
  • ₺
  • £

İranda hicab əleyhdarlarını ağır cəza gözləyir

İranda hicab əleyhdarlarını ağır cəza gözləyir
01.03.2018 14:01
İranda hicab geyinməyə etiraz edənlər 10 il azadlıqdan məhrum edilə bilər.

Anews.az xəbər verir ki, İran polisinin belə xəbərdarlığı barədə "Amnesty İnternational” təşkilatı məlumat yayıb.

İndiyədək hicaba etiraz aksiyalarında iştirak edənləri yalnız "mənəviyyat keşikçiləri” tərəfindən şifahi xəbərdarlıq, yaxud xüsusi tədris məktəblərinə göndərilmək gözləyirdi.

Polis rəsmi şəkildə bildirirdi ki, belə qadınları cinayət məsuliyyəti gözləmir. Lakin indi İran hökuməti qərarını kəskin dəyişib.

Polis etirazçıların rüşvətxorluq və fahişəliyə dəstək ittihamları ilə həbs olunacağını bildirib. 

İranın məhkəmə sisteminin rəsmisi Qulamhüseyn Möhsüni-Əcəyi bildirib ki, etirazçılar ya narkotiklərin təsiri altındadırlar, ya da "mütəşəkkil cinayətkar dəstənin” göstərişi ilə hərəkət edirlər.

Xatırladaq ki, İranda hicaba qarşı ilk aksiya dekabrın 31-də dul qadın Vida Mohavəd tərəfindən keçirilib. Qadın Tehranda saçları və başı açıq vəziyyətdə transformator yeşiyinin üzərinə çıxaraq, hicabı əlində tutduğu ağac parçasına bağlayıb. 

Mohavəd polis tərəfindən bir sutkalıq saxlanılıb, sonradan azadlığa buraxılıb.

İranda hicabın məcburiliyi haqqında qanun 1979-cu ildə baş vermiş inqilabdan sonra qüvvəyə minib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol