• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya Rusiyanın təklifini blokladı

Britaniya Rusiyanın təklifini blokladı
15.03.2018 23:19
Britaniya Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın BMT Təhlükəsizlik Şurasına təklif etdiyi layihəni bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb.

Onun sözlərinə görə, Britaniya nümayəndə heyətinin təklif etdiyi dəyişikliklər BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı birliyini qorumaq üçün nəzərdə tutulan sənədin mənasını təhrif edib.

Qeyd edək ki, ötən gün Britaniyanın tələbi ilə BMT TŞ-də insident müzakirə olunub. Britaniyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Culian Breytueyt Moskvanı Sergey Skripalı zəhərləməklə BMT nizamnaməsinin 2-ci bəndini pozmaqda ittiham edib.

"Bu, adi cinayət deyil, beynəlxalq qanunun pozulmasıdır. Rusiya "Noviçok” iflicedici zəhəri hazırlamaqla həmçinin kimyəvi silahların qadağan olunması haqqında konvensiyanı da pozub. Rusiya 2017-ci ilin sentyabrında kimyəvi silahların bütün ehtiyatlarının ləğv edilməsini bəyan etmişdi. Bu, konvensiyanın tələbindən 10 il gec baş tutdu. Rusiya bizə "Noviçok” haqqında heç bir məlumat verməmişdi. Bizə həmçinin Skripalın zəhərlənməsi ilə də bağlı heç bir tutarlı açıqlama verilməyib. Artıq təxmin edə bilərik ki, Rusiya özünün sinir iflicedici vasitəsinə nəzarətini itirib”, – deyə o bildirib.

Fransa XİN rəhbəri Britaniyanın cavab tədbirlərini dəstəklədiyini və Londonla birgə addım atmağa hazır olduğunu açıqlayıb.

Rusiya isə bütün ittihamları rədd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol