• $
  • €
  • ₽
  • ₺
  • £

Sakozi yenidən ifadə verir

Sakozi yenidən ifadə verir
21.03.2018 15:00
Liviya hakimiyyəti tərəfindən 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün dünən saxlan Fransanın sabiq prezidenti Nikola Sarkozi ötən gecəni Parisdə evində keçirib.
 
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08.00-da N. Sarkozi yenidən ifadə vermək üçün yenidən Nanter şəhərində yerləşən Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəyə gəlib.
 
Fransa qanunvericiliyinə əsasən, N. Sarkozi 48 saata qədər saxlana bilər. Bu müddətdən sonra isə ya ona qarşı ittiham irəli sürülməli, ya da ittiham irəli sürülmədən azadlığa buraxılmalıdır.
 
Qeyd edək ki, dünən Fransanın sabiq prezidenti N. Sarkozi ilə bərabər onun prezidentliyi dövründə bir sıra nazir postlarını tutmuş Bris Ortyefyo da saxlanılıb. N. Sarkozi və B. Ortyefyo sabiq prezidentin  seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Nanter şəhərində Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəsində hər iki şəxsin ifadəsi alınıb.
 
Liviya hakimiyyəti N. Sarkozinin prezident seçkiləri kampaniyasını maliyyələşdirdiyini ilə dəfə 2011-ci ilin martında bəyan edib. Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi "Euronews" telekanalına müsahibəsində həmin vaxt prezident postunu tutan N. Sarkozinin Liviya hökumətindən maliyyə yardımı almasını etiraf etməsini istəmişdi. Daha sonra Fransada müstəqil jurnalistlərin apardıqları araşdırma bu məlumatı təsdiqləyib. Vasitəçilər də istintaqa ifadələrində Liviyadan gətirilmiş bir neçə çamadan pulu N. 

Sarkozinin nümayəndələrinə verdiklərini bildiriblər. Söhbət 5 milyon avrodan çox puldan gedir. N. Sarkozi isə indiyə qədər bunu təkzib edib.
 
Xatırladaq ki, N. Sarkozi bundan əvvəl "L'Oreal" şirkətinin sahibi Lilian Bettankur tərəfindən 2007-ci ildə seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı saxlanılıb, daha sonra bu işlə bağlı ittiham üzərindən götürülüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol