• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncə avtomobil zavodu Türkiyə bazarına çıxır - FOTO

Gəncə avtomobil zavodu Türkiyə bazarına çıxır - FOTO
21.03.2018 17:40
Gəncə avtomobil zavodu ixracyönümlü məhsul və texnologiya istehsalı layihəsi, üçüncü ölkələrin bazarlarına çıxmaq və Türkiyədə zavodun tikintisi çərçivəsində "Konya Tarım Fuarı 2018" sərgisində iştirak edib.

Trend-in məlumatına görə, bu layihə Minsk traktor zavodu ilə birgə həyata keçirilir və Türkiyə bazarında "Belarus" traktorlarının istehsalı və satışını nəzərdə tutur.

Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbəri Xanlar Fətiyev bildirib ki, bu gün müəssisə Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən biri olan qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

Kənd təsərrüfatı texnikasına daxili tələbatın təmin olunması və yeni iş yerlərinin açılması ilə yanaşı zavod ixracyönümlü məhsullarının istehsalı və Türkiyədə yeni müəssisənin açılışı hesabına satış coğrafiyasının genişləndirilməsini davam etdirir.

Müəssisədən Trend-ə bildiriblər ki, sərgidə iştirak iştirakçıların yüksək marağı ilə yanaşı həmçinin əlavə marketinq tədqiqatları aparmaq imkanı verib. Tədqiqatlar göstərdi ki, "Belarus" traktorlarının Türkiyə bazarında keyfiyyət və qiymət baxımından çox böyük perspektivləri var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol