• $
  • €
  • ₽
  • ₺
  • £

Nostradamusun qorxunc kəhanətləri: bu il yer üzünü hansı fəlakətlər gözləyir?

Nostradamusun qorxunc kəhanətləri: bu il yer üzünü hansı fəlakətlər gözləyir?
25.03.2018 23:48
Üçüncü Dünya Müharibəsi Nostradamusun "Les Propheties" adlı kitabında bəh edilən ən diqqətçəkən kəhanətlərdən biridir.


Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Nostradamusun kəhanətlərinə görə 2018-ci ildə Üçüncü Dünya Müharibəsini başladacaq bəzi hadisələr meydana gələcək. O, böyük müharibənin Fransa və Avropada meydana gələcəyini və bütün dünyaya yayılacağını proqnozlaşdırıb.
 
Kitabda Üçüncü Dünya Müharibəsi ilə bağlı belə bir cümlə işlənib: "Dünyanın iki böyük gücü arasında bir müharibə başlayacaq və 27 il davam edəcək".


Bəziləri bunun Çin, Rusiya, Şimali Koreya ittifaqı ilə ABŞ arasında olacağını iddia edir.


Kitabda digər diqqətçəkən cümlə isə belədir: "Zənginlər ölüb, ölüb diriləcək".


Bir çoxları bunu Üçüncü Dünya Müharibəsindən sonra iqtisadi böhranın başlayacağı ilə əlaqələndirirlər.


Nostradamus 2018-ci ildə ABŞ-da böyük fəlakətlərin yaşanacağını proqnozlaşdırıb. Məşhur kahinin kəhanətinə görə, ABŞ-ın qərbində güclü zəlzələ olacaq və bu fəlakət bir sıra qlobal təhlükələr üçün qığılcım olacaq. Maraqlısı budur ki, 2016-cı ildə Geologiya Araşdırmaları İnstitutu sözügedən bölgədə seysmik fəaliyyətlərin olduğunu ortaya çıxarıb. Tədqiqatçılar bu bölgədə uzun zamandır 8 və daha çox bal gücündə zəlzələlərin olmadığına diqqət çəkiblər.


Nostradamus İtaliyadakı Vezuvi vulkanının da püskürəcəyini və hər 5 dəqiqədə yeri silkələyəcəyini, bunun nəticəsində də 6 min insanın həyatını itirəcəyini qeyd edib.


Qeyd edək ki, 2016-cı ilin əvvəllərində Vezuvi vulkanının aktivləşə biləcəyi ehtimalı ilə əlaqədar 1,5 milyon insan xəbərdar edilmişdi.


Məlumat üçün bildirək ki, 3 milyon əhalisi olan Neapol şəhərinin 1,5 milyon sakini Vezuvinin yaxınlığında məskunlaşıb. Vulkan e.ə. 79-cu ildə püskürərkən Pompoy şəhəri yerlə yeksan olub.


Nostradamusun kəhanətlərinə görə 2018-ci ildə Dünya böyük bir göy cismi ilə toqquşacaq. Bununla bağlı kitabda belə yazılıb: "Göy üzündə görünən quyruqlu bir ulduzla bərabər böyük fəlakət baş verəcək. Nüvə terroru ya da təbii fəlakət planetimizi məhv edəcək".


Buna baxmayaraq NASA yaxın 100 ildə belə bir fəlakətin gerçəkləşməyəcəyini bildirib.


Kahin kitabında tibdəki inkişafın insan ömrünü 200 ilə qədər uzadacağını yazıb. Bəziləri bunu 80 yaşında birinin 50 yaşında görünməsi kimi dəyərləndirirlər.


Nastradamusa görə 2018-ci ildə insanlar heyvanlarla danışa biləcək, uşaq sahibi olmaq istəyənlər xüsusi icazə və ya lisenziya almaq məcburiyyətində qalacaqlar, insanlar arasındakı dil fərqlilikləri aradan qalxacaq və qlobal istiləşmə səbəbindən böyük yanğınlar meydana gələcək. O, 2018-ci ildə katolik kilsəsinin liderinin öləcəyini də proqnozlaşdırıb.


- Terror ilin ən böyük problemi olacaq.
- Qlobal istiləşmə səbəbindən böyük münaqişələr yaşanacaq.
- Çin dünyanın yeni super gücü olacaq.
- ABŞ olduğu düşünülən bir ölkədə nizam posulacaq və gələcəyin proqnozlaşdırıla bilməyəcəyi yeni bir mərhələyə qədəm qoyacaq...


Qeyd edək ki, Nostradamus 1503-1566-cı illərdə yaşayan dünyanın ən məşhur münəccimlərindəndir. O, kitablarında birbaşa ifadələr deyil, müəyyən simvollardan istifadə edib. Yəni, gələcəklə bağlı proqnozlarını açıq şəkildə deyil, müəyyən şəxslərin anlaya biləcəyini şəkildə ya

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol