• $
  • €
  • ₽
  • ₺
  • £

Avstraliya rusiyalı diplomatları geri göndərir

Avstraliya rusiyalı diplomatları geri göndərir
27.03.2018 13:45
Avstraliya rus casusu Sergey Skripalın və onun qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi hadisəsi ilə bağlı iki rus diplomatın geri göndərilməsinə qərar verib.

Oxu.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Malkolm Ternbulun və XİN başçısı Culi Bişopun bəyanatında qeyd olunub.

Baş nazirin saytında olan bəyanatda deyilir:

"Gizli kəşfiyyat zabiti olaraq təyin olunan iki rus diplomatı Avstraliya hökuməti tərəfindən Vyana Konvensiyalarına əsasən, öz statuslarına uyğun olmayan hərəkətlərə görə xaric ediləcəklər. İki məmura Avstraliyanı yeddi gün içində tərk etmək əmri veriləcək”.

Bəyanata əsasən, ölkə "Böyük Britaniya, digər müttəfiqlər və tərəfdaşlar”la birlikdə bu qərarı qəbul edib.

Baş nazirin və xarici işlər nazirinin sözlərinə görə, "əgər Rusiya beynəlxalq təhlükəsizlik üçün təhdid təşkil edirsə, Avstraliya Rusiyanın hərəkətlərinə mane olmaq üçün öz müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlığa sadiq qalacaq”.

Bundan əvvəl Avropa Birliyinin 16 ölkəsi, eləcə də, ABŞ, Kanada, Norveç, Ukrayna və bir sıra digər ölkələr Rusiya diplomatlarını Solsberidəki hadisələrlə əlaqədar geri göndərmək qərarına gəliblər.

Xüsusilə ABŞ hökuməti 48 rus diplomatını və Birləşmiş Millətlər Təşkilatında Rusiya Federasiyası missiyasının 12 əməkdaşını geri göndərdiklərini, Rusiyanın Sietldəki Baş konsulluğunun bağlandığını bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol