• $
  • €
  • ₽
  • ₺
  • £

Yanan obyektin sahibi ölkədən niyə gedib?

Yanan obyektin sahibi ölkədən niyə gedib?
27.03.2018 16:44
Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı” ticarət mərkəzinin sahibiylə bağlı bəzi məlumatlar ortaya çıxıb.

Axar.az xəbər verir ki, Kemerevoda yaşayan azərbaycanlı iş adamlarından birinin Lent.az-a verdiyi məlumata görə, faciə baş verən "Qış albalısı” ticarət mərkəzinin sahibi Denis Ştengelov adlı biznesmendir.

"Denisi yaxşı tanıyırdıq. O da biznesə 90-cı illərdə gəlib. Yerli bazarda topdan günəbaxan tumu satışıyla məşğul idi. Bundan sonra özünə şirkət təsis etdi. Tədricən günəbaxan tumlarının qızardılmış və paketlənmiş biznesinə girişdi. Burada böyük uğur qazana bildi. Bir neçə il ərzində isə vafli, şokolad, karamel istehsalıyla məşğul olmağa başladı. Həmin ərəfədə Kemerevo, Novokuznetsk, Prokopyevsk, Novosibirsk, Tomsk kimi şəhərlərin əksər ərzaq mağazalarında ancaq Ştengelovun məhsulları satılırdı. Təxminən "Roşen”in Ukraynadakı tutduğu mövqeni Ştengelovun şirkəti Qərbi Sibirdə tutmuşdu. Heç bir Moskva şirkəti regiona şirniyyat məhsulları göndərə bilmirdi", - azərbaycanlı iş adamı bildirib.

Onun dediyinə görə, Ştengelov bir neçə il əvvəl əksər biznesinin Rusiyadan çıxarmışdı, Avstraliyada yaşayırdı.

"Qış albalısı" onun Kemerevodakı azsaylı obyektlərindən biriydi. Dünən yerli televiziya xəbər yaydı ki, Ştengelov həlak olanların hər birinin ailəsinə 3 milyon rubl (təxminən 52 min dollar) kompensasiya ödəyəcək. Bundan başqa o, Rusiyaya qayıdıb istintaqın suallarına cavab verməyə də hazırdır”.

Qeyd edək ki, martın 25-də Kemerovo şəhərindəki "Qış albalısı” əyləncə-ticarət mərkəzində baş verən yanğın zamanı 64 nəfər həlak olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol