• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya elmində mühüm kəşf

Dünya elmində mühüm kəşf
28.03.2018 22:48
Amerikalı alimlər insanın yeni orqanını – orqanların birləşdirici toxumalarını dəlib keçən və maye ilə dolu mikroskopik kanallar şəbəkəsini kəşf ediblər.

Anews.az xəbər verir ki, bu barədə alimlər "Scientific Report” jurnalına danışıblar.

Həkimlər təsadüfən endoskopiya zamanı pasiyentin mədə-bağırsaq yolunu daxildən müayinə edərkən kanallar şəbəkəsini aşkar ediblər. Öd axarının müayinəsi zamanı əvvəllər düşünüldüyü kimi, onun ətrafındakı toxumaların sıx və həmcins olmadığı, naməlum kanalların onları dəlib keçdiyini təsbit ediblər.

Əvvəlcə tədqiqatçılar qərara gəliblər ki, onların qarşısındakı, sadəcə, kapilyarlardır, lakin mikroskopik tədqiqatlar zamanı maye ilə dolu olan kapilyarlar özləri qaralmalı, onların arasındakı toxumalar isə daha açıq rəngdə olmalıdır. Alimlərin qarşısında isə tamamilə başqa mənzərə olub.

Digər orqanları, həmçinin burun toxumalarını araşdıran tədqiqatçılar aydınlaşdırıblar ki, bu kanallar onlardan da keçir. Alimlər güman edirlər ki, mayelərin dövr etdiyi, orqanizmdəki mayenin 1/5 hissəsini özündə saxlayan bu kanallar, yeni orqan sayılır və orqanizmdəki bütün toxumalara toxumalardan keçə bilər.

Alimlər açıqlayırlar ki, bu mikroskopik kanallar barədə əvvəllər heç bir məlumat yox idi, çünki toxumaların standart tədqiqat metodu kollagen liflərin dağılmasına və mayenin axmasına gətirib çıxarırdı.

Tədqiqatçıların fikrincə, yeni orqan amortizasiya funksiyasını daşıyır və bu şəkildə orqanı qoruyur.

Onlar güman edirlər ki, bu kanallar xərçəng hüceyrələrinin limfatik sistemə daxil olmasına və digər orqanlarda tez yerləşməsinə şərait yaradaraq, xərçəngin metastazına imkan verə bilər.

Tədqiqatçılar kanaldakı mayenin analizini xərçəngin erkən diaqnostikası üçün istifadə edilə bilməsini araşdırmağa hazırlaşırlar. Bundan başqa, onlar yeni orqanın digər iltihabi xəstəliklərlə əlaqəli olub-olmamasından şübhələnirlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol