• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın bu addımı erməniləri xoflandırdı

Rusiyanın bu addımı erməniləri xoflandırdı
28.03.2018 18:18
Rusiya marıtn 26-da Ermənistanın Gümrü bölgəsində yerləşən 102-ci hərbi bazasına hərbi polis dəstəsini və İrəvan şəhərinə xüsusi qarnizon göndəriləcəyini açıqlayıb. Elan olunduğu üzrə bu dəstələr hərbi hissələrdəki nizam-intizamın qorunmasını təmin etməlidirlər.

Musavat.com-un Ermənistan mətbuatına istinadla verdiyi xəbərə görə, Rusiyanın bu qərarı "sevinclə” qarşılanmayıb. Çünki rus hərbi qulluqlçuları ilə yerli əhali arasında insidentlər onları bu cür xoflanmağa əsas verib. Erməni hüquq müdafiəçiləri Rusiyanın hərbi bazalarında intizamın olmadığından tez-tez şikayətlənirlər.

Siyasi texnoloq Armen Badalyan Gümrüyə hərbi polis göndərilməsi barədə qərarı Rusiyanın hüquq-mühafizə orqanlarında aparılan islahatlarla izah edib. "Hərbi polis birlikləri xüsusi olaraq Ermənistan üçün yaradılmır. Yeni qurum Rusiya Müdafiə Nazirliyinin tebeçiliyində olan bütün birliklərə nəzarət edəcək”, - Badalyan deyib.

Erməni ekspert Gümrüdəki insidentlərin bu qərarda rol oynadığını etiraf edib.

"Açığını desək, xarici ölkədə hərbi polislərin mövcudluğunun beynəlxalq hüquq normalarına uyğun gəlib-gəlmədyini deyə bilmərəm. Lakin Gümrü küçələrində gəzən polislərin şəhər əhalisi üçün problem yaratmayacağı düşüncəsindəyəm”,- Badalyan bildirib.

"Rusiya hakimiyyətinin hərəkətləri Gümrüdəki hərbi bazanın dövlət içində dövlət olmasına gətirib çıxarır”, - Erməni strateji və milli araşdırmalar mərkəzinin direktoru Stepan Safaryan belə düşünür.

Politoloqun fikrincə, bütöv bir erməni ailəsini qıran əsgər Permyakovun Ermənistana təhvil verilməsindən imtina olunması bunun ən gözəl örnəyidir. "Hətta məhkəmə iclasları belə 102 saylı hərbi bazanın ərazisində keçirildi. Məhkəməyə erməni hakimin sədrlik etməsi isə heç bir şeyi dəyişdirmədi”, - Safaryan xatırladır.

Safaryanın fikrincə, rus hərbçilərinin iştirakı ilə baş verən insidentlər hərbi bazada böyük problemlərin olduğunu göstərir və Rusiyada bunu çox gözəl anlayırlar.

"Bir tərəfdən Rusiya bu problemləri azaltmağa çalışır, lakin digər tərəfdən hərbi polis dəstələrinin gətirilməsi Ermənistanın suverenliyinin daha da kəsilməsi deməkdir. Bu bir növ "soft occupation”, yəni "yumşaq işğal”ın başqa cür növüdür. Sabah Rusiya öz məhkəmə hakimlərini də Ermənistana göndərsə heç təəccüblənməyəcəyəm”, -Safaryan qeyd edib.

Ermənistanın "Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının koordinatoru Daniel İoannisyan isə Rusiya və Ermənistan arasında bağlanan yurisdiksiya və qarşılıqlı yardım haqqında müqavilədə ölkə ərazisində hərbi polisin dislokasiyasının nəzərdə tutulmadığını iddia edir.

"Hərbi polisin səlahiyyətli orqan olaraq tanınması üçün iki tərəfli sazişə əlavə düzəlişlər etmək lazımdır”, - ekspert bildirib.

"Məsələn, Permyakovun yaxalanması ilə bağlı məsələni xatırlamaq kifayətdir. (Permyakov rus sərhədçiləri tərəfindən Türkiyə sərhədinə keçmək istərkən tutulmuşdu. -red.) Onların hərbi baza kənarında hər hansı bir nəfəri həbs etmək hüququ olmayıb. Müqavilədə hərbi polis haqqında müddəa yer almadığı üçün onların hətta hərbi bazada olması qeyri-qanunidir. Bu dəstələr leqal sayıla bilməz”, - İoannisyan belə hesab edib.

Erməni ekspertin firkincə, Gümrü sakinləri hərbi polislərin gəlməsidən sonra da özlərini təhlükəsiz hiss etməyəcəklər: "Rusiya polisinin burada nəyisə dəyişdirməsi mümkün deyil”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol