• $
  • €
  • ₽
  • ₺
  • £

Roma Papası: Cəhənnəm yoxdur

Roma Papası: Cəhənnəm yoxdur
30.03.2018 23:20
Roma papası Fransisk jurnalist-ateist Eucenio Skalfari ilə müsahibəsində bildirib ki, cəhənəm mövcud deyil.

Bu barədə anews.az "La Republica”ya istinadən xəbər verir.

Nəşriyyatın jurnalisti pontifikin sözlərini sitat gətirir:

"Tövbə edənlər Allahdan əfv alırlar. Tövbə etməyənlər isə (günahları) bağışlanmırlar və sadəcə, yoxa çıxırlar. Cəhənnəm mövcud deyil, yalnız günahkar ruhların qeyb olması mövcuddur”

Bu materialın dərc edilməsindən sonra Vatikan açıqlama verərək bildirb ki, Roma Papası müsahibə üçün icazə verməyib və əslində, bu pontifikin sitatı deyil, sadəcə, jurnalistin "yenidən qurulmuş” mülahizəsidir.

Cəhənnəmin mövcudluğunu inkar etmək katolik ehkamına ziddir. Cəhənnəm "Əhdi-Cədid”də günahkarların əzab çəkəcəkləri axirət yeridir.

Yanvarın sonunda Roma Papası bəyan edib ki, yalan xəbərlər bəşəriyyətin valideynləri sayılan Adəm və Həvvanı ilk günaha gətirib-çıxarıb. Pontifikin fikrincə, yalan xəbər manipulyasiya məqsədilə yaradılır və nifrətin meydana gəlməsinə səbəb olur.

Fransisk hesab edir ki, buna görə zərərsiz dezinformasiya olmur və "həqiqətin ən kiçik təhrifi belə, ən təhlükəli nəticələrə gətirib çıxarar”.

Roma Papası bənzər xəbərlərin yaradıcılarını yoldan çıxaran ilana bənzədərək əlavə edib ki, o, Həvvanı həqiqətə o qədər də uyğun olmayan məulmatla inandıraraq, xeyir və şəri dərk edən ağacın meyvəsini yemək üçün dilə tutub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol