• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ABŞ-la dəhşətli savaşın BİR ADDIMLIĞINDA

Türkiyə ABŞ-la dəhşətli savaşın BİR ADDIMLIĞINDA
31.03.2018 14:10
Türkiyənin Münbiçdə YPG terror təşkilatına qarşı həyata keçirməyi planlaşdırdığı əməliyyata mane olmaq istəyən ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) mahala yeni hərbi qüvvə göndərib.

Publika.az xəbər verir ki, ABŞ-ın "Assoşieyted Press” agentliyi Münbiçə göndərilən yeni Amerika əsgərlərinin fotolarını paylaşıb.
ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra YPG üçün nəzərdə tutulan 200 milyon dolların ayrılması prosesini dondursa da, digər tərəfdən Münbiçdəki xüsusi əməliyyatlar birliyini bu həftə genişləndirib.

ABŞ ordusunun sözçüsü və koalisiyanın ictimaiyyətlə əlaqələr üzrə komissarı, polkovnik Tomas Veal bölgəyə göndərilən yeni əsgərlərinin sayını açıqlamadan imtina edib. Onun sözlərinə görə, yeni əsgərlər regiondakı koalisiya güclərinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

"Amerikanın Səsi” radiosunun Suriyanın şimalındakı müxbiri isə bildirib ki, ABŞ qüvvələri Münbiçin şimalındakı Sayur çayı vadisi boyunca yerləşdirilib.

Ankara YPG terroristlərinin Münbiçdən çıxarılmasını ABŞ-dan israrla tələb edir. Türkiyə ən yüksək rəhbərlik səviyyəsində bir neçə dəfə Münbiçdə əməliyyatın keçiriləcəyi barədə siqnalı verilib. Münbiç əməliyyatı barədə qətiyyət son olaraq Türkiyənin Milli Təhlükəsizlik Şurasının bəyanatında da ifadə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın Münbiç şəhərinə bir gecə qəfildən girə biləcəyini bəyan edib.

"Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik”, - prezident əməliyyatın qaçılmaz olduğu mesajı verib.

Məlumata görə, martın 30-da Vaşinqtona səfər edən Türkiyənin Xarici İşlər Nazirliyi müşaviri Ümid Yalçının gündəmində olan əsas mövzu da məhz YPG-nin Münbiçdən çıxarılması olub. Daha əvvəl isə xarici işlər naziri Mövlud Çavuşoğlu YPG terrorçularının bölgədən çıxarılması ilə bağlı Ankara və Vaşinqtonun "anlayış” içində olduğunu söyləyib.

Lakin "Assoşieyted Press” agentliyinin Münbiçdən çəkərək paylaşdığı fotolar ABŞ YPG terrorçularını dəstəkləməkdə israrlı olduğunu göstərir. Fotolarda üzərində ABŞ-ın bayrağı olan zirehli avtomobillərdə də görünür.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın "Finansial Tayms” nəşri ABŞ-ın Suriyada sərgilədiyi mövqeyin artıq davam etdirilə bilməyəcəyi barədə xəbərdarlıq edib. Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD/YPG terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.
"ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə səbəb ola bilər”, - "Financial Times” mümkün müharibəni proqnozlaşdırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol