• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan qarışdı: əhali mərkəzi yolları bağladı...

İrəvan qarışdı: əhali mərkəzi yolları bağladı...
16.04.2018 11:14
İrəvanda bir neçə gündür davam edən aksiya gərgin müstəviyə keçib.

Axar.az xəbər verir ki, Paşinyanın rəhbərlik etdiyi etirazçılar mərkəzi küçələrini tam qapadıb.

Etiraz aksiyalarının əsas təşəbbüskarı olan Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyan işlərinə tələsən erməni vətəndaşlarından onlara yaratdıqları maneədən ötrü üzr istəyib. Paşinyan bu narahatlığın Serj Sərkisyan hökumətinin narahatlığı yanında çox xırda bir şey olduğunu bildirib.

Paşinyan həmçinin hakim Respublika Partiyasının liderlərinin evlərinin mühasirəyə alınması məsələsinin də gündəmdə olduğunu açıqlayıb. Müxalif lider həmçinin aksiyaların daha da genişlənəcəyi və tezliklə körpülər və metro stansiyalarının tutulacağını xəbəri verib.

"Nyus.am” saytı Paşinyanın tərəfdarlarının "Yertisardakan” metro stansiyasının fəaliyyətinə mane olmaq cəhdinə polisin imkan vermədiyini bildirib. Polis insidentin qarşısını alan zaman etirazçılara güc tətbiq edib.

Hazırda İrəvanın mərkəzində aksiya genişlənməkdədir.

Müxalifətin böyük etirazlar Serj Sərkisyan və komandasında narahatlıqlar yaratmağa başlayıb. Belə ki, Sərkisyan artıq müxalifətlə toqquşmadan yayınmaq üçün partiyasının iclasını İrəvanda keçirməkdən imtina edib. O, iclas üçün əsas qərargah kimi İrəvanın 50 kilometrliyində yerləşən Tsaxkadzor şəhərini seçib.

Qeyd edək ki, martın sonlarından Sərkisyanın baş nazir təyin olunmasına və beləliklə, hakimiyyəti zəbt etməsinə etriaz əlaməti olaraq Ermənistanın müxtəlif şəhərlərində yürüşlər keçirən Paşinyan bir neçə gün öncə İrəvana çatıb. İrəvandakı yürüş isə sonra Fransa meydanında böyük aksiya ilə nəticələnib.

Daha sonra İctimai Radionun binasını ələ keçirən Paşinyan xalqa müraciət etmək istəsə də, binanın işıqları kəsilib. O isə aksiyada iştirak edən media nümayəndələrinin texniki dəstəyi ilə müraciətini gerçəkləşdirə bilib.

Nikol Paşinyan xalqı Serj Sərkisyana qarşı mübarizəyə səsləyib.

Mətbuatın iddiasına görə, Serj Sərkisyan baş nazir seçilməzdən əvvəl Avropa Birliyi ilə münasibətləri korlamaq, üstəlik, Qərbin təzyiqindən uzaq durmaq üçün hələlik etirazçılara güc tətbiq etməkdən yayınır. Sərkisyan həmçinin yeni baş nazirlik dönəminin 2008-ci ildə olan I prezidentlik dönəmi kimi qırğınlarla başlanmasını istəmir. Hamisi Rusiyanın beynəlxalq aləmdə təcrid edildiyini anlayan Sərkisyan bu dəfəki zorakılıq zamanı Qərbə qarşı çarəsiz vəziyyətdə qalacağını anlayır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol