• $
  • €
  • ₽
  • ₺
  • £

Casus qalmaqalı yenidən alovlanır

Casus qalmaqalı yenidən alovlanır
01.05.2018 23:14
ABŞ hökuməti Rusiyanın Sietldəki baş konsulluğu üzərindəki Rusiya bayrağını götürüb. 

Anews.az xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi Rusiyanın ABŞ-dakı səfirliyinə istinadən məlumat yayıb. 

"Bu gün gecə saatlarında Rusiyanın Sietldəki baş konsulluğunun binası üzərində olan Rusiya Federasiyasının dövlət bayrağı ABŞ hökuməti tərəfindən götürülüb. 

Vaşinqtonun beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Rusiyanın dövlət rəmzinə qarşı atdığı bu addım qəbuledilməzdir”, - məlumatda deyilir. 

Səfirlik əlavə edib ki, igamətgah Rusiyanın mülkiyyətidir və toxunulmazdır. Diplomatlar bayrağın dərhal qaytarılmasını tələb ediblər. 

ABŞ Dövlət Departamenti bayrağın geri qaytarılacağını vəd edib. 

Qeyd olunub ki, bayrağın endirilməsi ilə bağlı qərar diplomatik nümayəndəliyin öz statusundan məhrum edilməsi səbəbindən qəbul edilib. 

"Vyana konvensiyasına əsasən, ABŞ tərəfi 2018-ci il aprelin 1-dən Rusiyanın Sietl şəhərində konsulluq müəssisəsinin yaradılması ilə bağlı razılığını geri götürüb. 

Baş konsulluq statusunu itirdiyi üçün Rusiya bayrağının orada qalması əsassızdır”, - Dövlət Departamentindən bildirilib. 

Xatırladaq ki, martın 26-da ABŞ hökuməti "Skripal işi” ilə əlaqədar olaraq, 60 rusiyalı diplomatı "persona non-qrata” elan edib, həmçinin, Rusiyanın Sietldəki konsulluğunu bağlayıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol