• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan növbədənkənar seçki təyin etdi

Paşinyan növbədənkənar seçki təyin etdi
11.05.2018 15:46
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar parlament seçkiləri konstitusiyaya uyğun olaraq tez bir zamanda, uyğun vaxt olan kimi keçiriləcək.
 
"Konstitusiyaya uyğun olaraq hökumətin proqramının təsdiq edilməsindən sonra da parlamenti buraxıb növbədənkənar seçkilər keçirmək olar. Seçkilər maksimal məntiqi müddətdə keçiriləcək” - deyə Paşinyan bildirib.

Lakin daha öncəki açıqlamasında o, müvəqqəti hökumətin qurulmasından sonra növbədənkənar parlament seçkilərini keçirməzdən əvvəl, ilk işin seçki məcəlləsinə dəyişiklik etmək olduğunu demişdi. Çünki yalnız bu halda Respublikaçıların parlamentdə mütləq çoxluq yığmasının qarşısını almaq olar. 

Erməni ekspertlərin sözlərinə görə, bu dəfə Paşinyanın seçki məcəlləsini dilə gətirməməsi müxalifətə keçən Respublikaçılarla müəyyən razılığa gəlməsindən xəbər verir. Ola da bilər ki, "Çarukyan” partiyasının üzvü Naira Zöhrabyanın dediyi kimi, Respublikaçıların biznes qanadındakı deputatlar partiyanı tərk edərək Paşinyanın blokuna qoşulsunlar. 

Qeyd edək ki, Ermənistan konstitusiyasına uyğun olaraq, baş nazir seçildikdən sonrakı 5 gün ərzində Paşinyan ölkə prezidentinə müavinlərinin və nazirlərin namizədliyini təklif etməlidir. Hökumət formalaşdıqdan sonra isə 20 gün müddətində ölkə parlamentinə nazirlər kabinetinin proqramı təqdim olunmalıdır. Parlament isə öz növbəsində 7 gün ərzində hökumətin proqramını təsdiq etməlidir. Əks təqdirdə, qanunverici orqan avtomatik buraxılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol