• $
  • €
  • ₽
  • ₺
  • £

İvanişvili qayıtdı və hədəfini açıqladı: Rusiya ilə…

İvanişvili qayıtdı və hədəfini açıqladı: Rusiya ilə…
12.05.2018 15:41
Gürcüstan beynəlxalq tərəfdaşlarının yardımı ilə Rusiyayla dialoqu yeniləmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının qurultayında çıxışı zamanı partiyanın yeni sədri Bidzina İvanişvili deyib.

"Biz Rusiya ilə münasibətlərdə qismən deeskalasiyanı bacardıq. Ümid edirəm ki, beynəlxalq tərəfdaşlarımız vasitəsilə dialoq rejiminə keçməyimiz mümkün olacaq”, – deyə o bildirib.

O, yenidən siyasətə qayıtmağının səbəbini də izah edib:

"Mən bir neçə il əvvəl də demişdim ki, siyasətə ehtiyac yaranacağı təqdirdə geri dönəcəyəm. Biz 2012-ci ildə bu hakimiyyətdən zorakı hökuməti həmişəlik uzaqlaşdırmağı bacardıq. Geri dönmək qərarını nə hökumətin, nə Gürcü Arzusunun, nə də özümün şəxsi maraqlarıma görə vermişəm. Mənimlə yaxın olan hər kəs bilir ki, bu barədə verdiyim qərar çox çətin idi. Geri dönməyimin səbəbi, 2011-ci ildəki kimi, qarşıya qoyulan hədəfi gerçəkləşdirməkdir. Bu hədəf xalqın və hər bir ailənin rifahının yaxşılaşdırılması və layiqli gələcək üçündür”.

İvanişvili partiya sədri olduqdan sonra baş naziri istefaya göndərməyəcəyini deyib:

"Komandanın daxilində baş verənləri qarşıdurma adlandıra bilmərəm. Bu, kiçik fikir ayrılığı idi. Komandamın fəaliyyətini diqqətlə izləyirdim. Georgi Kvirikaşvili bundan öncə də bir neçə dəfə partiya sədrliyinə gəlməyim üçün təklif etmişdi, amma indi gördüm ki, geri dönüb, resursumla partiyaya kömək etməyim lazımdır. Bu, baş nazirin getməsi demək deyil. Baş nazir yerindədir, onu seçməyə ehtiyac yoxdur”.

Onun sözlərinə görə, Gürcüstan hələ indiyə qədər heç vaxt Avropa və NATO-ya bu qədər yaxın olmayıb:

"Gürcüstanın xarici siyasətdəki uğurları aydındır. Gürcüstanın strateji müttəfiqi olan ABŞ-la da münasibətləri dərinləşib”.

Qeyd edək ki, bir müddət öncə əslində hazırda Gürcüstan hakimiyyətini kölgədən idarə edən İvanişvilinin açıq şəkildə siyasətə qayıdacağı bildirilmişdi. Onun payızda keçiriləcək seçkilərə görə M.Saakaşvilinin aktivləşməsindən narahat olaraq geri qayıdacağı iddia edilirdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol