• $
  • €
  • ₽
  • ₺
  • £

"RİA Novosti"nin ofisinə basqın edilib

"RİA Novosti"nin ofisinə basqın edilib
15.05.2018 15:13
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rusiyanın "RİA Novosti” beynəlxalq informasiya agentliyinin Ukraynadakı ofisinə basqın edərək, istintaq-axtarış əməliyyatı keçiriblər.

AzVision.az-ın məlumatına görə, UTX-nin mətbuat katibi Yelena Qitlyanskoy bildirib ki, Rusiya Federasiyasının nəzarətində olan media qurumları "təcavüzkar" dövlət tərəfindən Ukraynaya qarşı həyata keçirilən hibrid informasiya müharibəsində istifadə olunub. Qitlyanskoy əməliyyatın təfərrüatları barədə daha sonra açıqlama verəcəyini bildirib. 

Həmçinin, bu gün səhər saatlarında "RİA Novosti" Ukraynanın rəhbəri, jurnalist Kirill Vışinskoy yaşadığı evinin yanında həbs olunub. Hüquq-mühafizə orqanları rusiyalı jurnalisti Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə – dövlətə xəyanətdə ittiham edib. Bildirilib ki, Kirill Vışinskoy Donbassdakı silahlı rejimin fəaliyyətini fəal şəkildə təbliğ edib. 

"Rossiya seqodnya” MİA-nın baş direktoru Dmitri Kiselyov Ukrayna hakimiyyətini Vışinskoyu dərhal azad etməyə və KİV-ə təqibi dayandırmağa çağırıb. 

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə bildirib ki, Moskva adekvat cavab tədbirləri görəcək. 

Rusiya xarici işlər naziri Sergey Lavrovun məsələyə münasibəti daha sərt olub: "Biz həm ATƏT, həm də Avropa Şurası çərçivəsində qərbli həmkarlımızın diqqətinə çatdırmışıq ki, onlar Kiyevdəki əlaltılarının bu cür fəndlərinə olduqca təmkinlə yanaşırlar. Düşünürəm ki, həm ABŞ, həm də ATƏT-in digər avropalı üzvləri artıq hansısa ikili standartlarsız yanaşma sərgiləməlidirlər. Məsələ ilə bağlı ATƏT-in Media azadlğı üzrə nümayəndəsinin prinsipial bəyanatını gözləyirik”. 

Qeyd edək ki, "RİA Novosti" informasiya agentliyi Vladimir Putinin 2013-cü ildə imzaladığı sərəncama əsasən yenidən formalaşdırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol