• $
  • €
  • ₽
  • ₺
  • £

Qədim amerikalılar necə yoxa çıxıb?

Qədim amerikalılar necə yoxa çıxıb?
24.05.2018 22:20
Urban-Şampeyndəki İllinoys Universitetinin və Yeni Orleandakı Tuleyn Universitetinin alimləri eramızın XIII əsrində yaşamış və kurqanların tikintisi ilə məşğul olmuş qədim amerikalıların yaşayış məskənlərinin qalıqlarını öyrəniblər.

Araşdırmaçılar iddia edir ki, insanların Luiziana sahillərini tərk etməsinə səbəb duzlu suyun şirin su hövzəsinə axması olub. 

Oxu.Az xəbər verir ki, bu məlumat İllinoys Universitetinin saytında yerləşdirilib. 

Şimali Amerikada qədim insanlar kurqanların tikintisinə eramızdan 4500 il əvvəl başlayıblar. XII əsrdə Missisipi çayının vadisinin aşağı hissəsində Plakemin mədəniyyəti formalaşıb. Qədim amerikalılar yaşamaq üçün zəngin su resurslarına malik əraziləri seçiblər.

Misal üçün, Missisipi çayının deltasında yerləşən "Grand Caillou”da 500 insan yaşayırdı, ancaq vaxt keçdikcə bura xarabalığa çevrildi. 

Tədqiqatçılar arxeoloji qazıntılar zamanı tapılmış keramika və izotopların analizlərini aparıblar. Məlum olub ki, kurqanlar üç təbəqədən ibarətdir: üst və alt gil təbəqələri, onların arasında isə möhkəm süxur yerləşib. Bu struktur kurqanın uzunömürlü olmasına gətirib-çıxarıb. Çay çöküntüləri ilə tikilmiş təpə isə təxminən bir metr yüksəklikdə yerləşib. 

Araşdırmalar zamanı məlum olub ki, insanlar "Grand Caillou”nu 1400-cü illərdə tərk ediblər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol