• $
  • €
  • ₽
  • ₺
  • £

Zukerberk üzr istədi

Zukerberk üzr istədi
29.05.2020 00:03
A24.Az xəbər verir ki, onun bu "üzrü”nün səbəbi "Vəzifələrimizi tam yerinə yetirə bilmədik. Bu bir xəta idi və üzr istəyirəm” deyib.

O açıqlamasında bəzi məqamlara toxunub. "Facebook” sosial şəbəkəsinin insanların əlaqə yarada bilməsi və ünsiyyət saxlaması üçün önəmli bir vasitə olduğunu vurğulayıb. Onun sözlərində "Son illər yaradılan imkanların insanlara zərər vurmaması üçün kifayət qədər səy göstərmədik”- etirafı da yer alıb. Zukerberqin belə deməsinə səbəb yalan-yalnış xəbərlərin artması, siyası- seçki prosesində sosial şəbəkədən istifadə kimi hallardır.

Məsələ ilə bağlı tədricən-mərhələli şəkildə tədbirlər görüləcəyi, insanların təhlükəsizliyinin qazancdan daha üstün olduğunu bildirib.

Zuckerberq, "Cambridge Analytica” skandalına oxşar hadisənin yaşanmaması üçün ehtiyatlı davranacaqlarını, bəzi tətbiqetmələrin əhatə dairəsini insanlara uyğunlaşdırılacağını, istifadə edilməyən tətbiqetmələrin çatdırılma məhdudiyyətinin yaradılacağını, bu yolda istifadəçilərin də "söz haqqı” olduğunu ümumi bir dillə izah edib.

Məsələ bununla da bitmir. Hətta geniş əhatə dairəsi- istifadəçi marağı olan tətbiqetmələrin də yoxlanıldığını, onların da bir qisminin qadağan edildiyini Mark vurğulayıb.

Məhdudiyyətlərin 25 may tarixində ABŞ üçün, daha sonrakı mərhələdə isə bütün sosial şəbəkə istifadəçiləri üçün tətbiq ediləcəyi deyilib. Bu da istifadəçilərə daha çox nəzarətdə saxlama imkanı yaradacaq.

Siyası arenalarda "Facebook”dan istifadə məhdudlaşdırılacaq.

Onun sözlərinə görə növbəti 18 ay ərzində dünyada seçim-siyasət yolunun gündəm mövzusu qabaracağı üçün bu prosesi bütün qitələrdə sürətləndirəcəklər. Mark etiraf edib ki, Rusiya seçimlərində kiberhücumlara diqqəti yönəltdikləri üçün, bir o qədər də bu aspekti dəyərləndirə bilməyiblər. Lakin yaxın gələcəkdə küllü miqdarda sərmayə yatırımı ilə bu məsələnin həllini ilə bağlı tədbir görüləcək. Bununla da həmin proses daha da çətinləşəcək.

Terror, nifrət kimi mənfi yönümlü təbliğatların süni intellekt vasitəsi ilə 99% aradan qaldırıldığını deyən Zukerberq bu məsələni diqqətlərində daim saxlıyacaqlarını da vurğulayıb. Yalan xəbər yaymaq üçün yaradılan 580 milyon saxta profil cari ildə ləğv edilib.

Avropa qitəsində 400 milyondan çox istifadəçisi olan "Facebook”, abonentləri üçün gəlirindən xərcləmək qərarına gəlib. Belə ki, adıçəkilən qitədə 7 min işçisi olan şəbəkə bu miqdarı 10 minə çatdırmağı düşünür. Hətta işçi qüvvəsinin artacağı tarix də bəllidir. Cari ilin sonlarına kimi 30%-lik işçi artımı müəsisənin potensialını da artıracaq.

Bu kimi tədbirlərin görülməsini Zukerberq rəqabətlə də əlaqələndirib. Onun sözlərinə görə sosial şəbəkə mühitində rəqiblərinin onlardan önə keçməməsi üçün istifadəçilərinin həm təhlükəsizliklərinin, həm də istəklərinin yerinə yetirilməsi önəmlidir.

Qeyd edək ki, Markın bu kimi açıqlamasında əsas səbəb keçən həftəki skandal xəbər olub. "Cambridge Analytica” tətbiqetməsi ilə istifadəçilərin şəxsi məlumatlarının əldə olunması böyük təşvişə səbəb olmuşdu. Hətta Zukerber bu məsələ ilə bağlı ifadə verməli də olmuşdu.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol