• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Sərdar sarayının yerində konyak zavodu ucaltdılar

Ermənilər Sərdar sarayının yerində konyak zavodu ucaltdılar
31.05.2018 16:00
Yerevanda arxitektor Aleksandr Tamanyanın abidəsi var və nabələd insanlar elə bilir ki, bu arxitektor Ermənistan paytaxtının yarısını qurub. 

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov deyib. 

O bildirib ki, əslində, Tamanyan Yerevanda üç bina tikdirib, abidəni isə ona Yerevanın baş planını müəyyənləşdirdiyi üçün qoyublar. 

"Bu baş planının "unikallığı” onadan ibarətdir ki, o, tarixi mərkəzlərin saxlanılmasını nəzərdə tutmur. Erməni alimlər də bunu etiraf edir. 

Yerevanda arxitekturanın etnik təmizlənməsi Ermənistanın bütün görünüşünün təmizlənməsinə gətirib-çıxardı. O, təkcə Yerevanı deyil, bütün ölkəni bürüdü. Əvvəllər Yerevan böyük orta əsr şəhəri idi. Sonralar isə burada 800 ev dağıdıldı. Bu gün orada cəmi bir məscid qalıb. Sərdar sarayının yerində isə konyak zavodu tikilib”, - Axundov deyib. 

F.Axundovun sözlərinə görə, əgər bu saray qalsaydı, hamı müəllifi Aleksandr Qriboyedov olan "Ağıldan bəla” pyesinin ilk dəfə səhnələşdirildiyi yerə baxmağa gələrdi. 

Qeyd edək ki, Sərdar sarayı İrəvan xanlığının iqamətgahı olub. Azərbaycan xalqının tarixi sərvətidir.

Sarayın bütün divarları gül-çiçək və naxışlarla örtülüdür. Gül ilə yanaşı, burada tovuz quşları, şirlər və günəş təsvirləri var idi. Döşəmə şirələnmiş kərpicdən hazırlanmışdı. Tavan güzgülərlə örtülmüşdü. 

Ədəbiyyat məlumatlarına görə, Sərdar sarayının güzgülü zalının divarları ornamentlər və mövzu-tematik kompozisiyalarla bəzədilmişdi. 

Sarayın arxitekturası Şəki Xan sarayının arxitekturası ilə bağlıdır. 

1827-ci ildə Aleksandr Qriboyedov sarayın otaqlarından birində öz pyesini səhnələşdirib. 1914-cü ildə ermənilər sarayı dağıdıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol