• $
  • €
  • ₽
  • ₺
  • £

Kim Çen Inın Trampdan nə istədiyi bilindi

Kim Çen Inın Trampdan nə istədiyi bilindi
31.05.2018 21:44
Trampla Kim Çen Inın görüşünə hazırlıq üçün aparılan danışıqlarda Şimali Koreya nümayəndələri Vaşinqton qarşısında bir neçə şərt irəli sürüb.

AzVision.az "Chosunİlbo”ya istinadən xəbər verir ki, bu barədə məlumat diplomatik mənbələrdən əldə olunub. 

Bildirilib ki, Pxenyan Pxunqeri nüvə poliqonunu sökməklə artıq Koreya yarımadasının tam nüvəsizləşdirilməsi istiqamətində konkret addımlar atdığını və bu yola davam etmək niyyətində olduğunu göstərib. Əvəzində isə Vaşinqtonun da Pxenyana qarşı münasibətində irəli addım atmasını tələb edir. 

"Şimali Koreya izah edib ki, əgər ABŞ-la diplomatik münasibətlər qurulsa, Pxenyana ünvanlanan düşmən və aqressiv siyasətə son qoyulsa və sanksiyalar aradan qaldırılsa, onda nüvə silahı əldə etməsi üçün səbəbi olmayacaq” – deyə "Chosunİlbo” qəzeti yazıb. 

Məlumatda, həmçinin vurğulanıb ki, əgər hazırda Nyu-Yorkda olan Şimali Koreya Əmək partiyası mərkəzi komitəsinin sədr müavini Kim Yon Çolla ABŞ dövlət katibib Mayk Pompeo arasındakı danışıqlar uğurla bitsə, 12 iyunda Sinqapurdakı ABŞ-Şimali Koreya sammitində Trampla Kim Çen In nüvəsizləşmə, sanksiyaların aradan qaldırılması və ikitərəfli diplomatik əlaqələrin qurulmasına dair müqavilə imzalaya bilərlər. 

Lakin buna cavab olaraq Vaşinqton da Pxenyana qarşı şərtlər irəli sürüb. Qəzet iddia edir ki, tam nüvəsizləşmə tərəfdarı olduğunu nümayiş etdirməsinə baxmayaraq, Pxenyan sonra bu mövqeyindən qaçmasın deyə, Vaşinqton bir növ zəmanət kimi Şimali Koreyanın 20 nüvə başlığının ABŞ-a verilməsini təklif edib. Lakin Pxenyan təkid edir ki, Vaşinqton öz hərbi-strateji obyektlərini Koreya yarımadasında yerləşdirməsin və avqusta planlaşdırılan "Ulchi-Freedom Guardian” ABŞ-Cənubi Koreya hərbi təlimlərini ləğv etsinlər. Pxenyan hesab edir ki, bu tədbirlər Şimalla Cənubi Koreya arasında hərbi balansın qorunmasına şərait yaradacaq. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol