• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın baş naziri istefadan imtina etdi

Gürcüstanın baş naziri istefadan imtina etdi
01.06.2018 11:00
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Tbilisidəki aksiya iştirakçılarının tələbini rədd edərək, istefa verməyəcəyini deyib.
 
AzVision.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib.

"Mənim üçün ölkədə sabitliyi qoruyub saxlamaq və cəmiyyətimizin qaldırdığı məsələləri mümkün qədər tez cavablandırmaq daha vacibdir” – deyə Kvirikaşvili bəyan edib. 

Bununla belə, Gürcüstanın baş naziri vəzifədən getməsinin ölkəyə bir xeyri dəyəcəyinə əmin olarsa, istefa etməyə razılıq verəcəyini deyib. 

Qeyd edək ki, ötən gündən etibarən Tbilisidə minlərlə insan etiraz aksiyası keçirərək, Gürcüstanda cinayətləri ört-basdır edən prokuror və məhkəmə işçilərinin, həmçinin baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb ediblər. Etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu deyiblər.

Xatırladaq ki, ötən ilin dekabrında Tbilisidə 51 nömrəli məktəbin 2 şagirdi aldıqları bıçaq yarasından ölüblər. Məhkəmə şagirdləri qətlə yetirən 2 nəfərdən birini azadlığa buraxıb, o birinə isə yüngül cəza verib. Ölən şagirdlərin valideynləri məhkəmənin qərarına etiraz olaraq aksiyaya başlayıblar. Aksiya iştirakçılarının tələbi qarşısında Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa versə də, bu, etirazçıları qane etməyib və onlar indidə də baş nazirin istefasını tələb edirlər.

Hazırda ölkə parlamenti işə yenidən baxılması üçün xüsusi komissiya yaradıb. Baş nazir Georgi Kvirikaşvili isə söz verib ki, 2 yeniyetmənin ölümü ilə bağlı cinayət işinə nəzarəti öz əlinə alacaq və ədalətli qərar çıxarılmasını təmin edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol