Putin Rusiyanın əsas məqsədini açıqladı

Rusiyanın yeganə məqsədi vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaqdır.
Oxu.Az xəbər verir ki, bu sözləri Çinin beynəlxalq radiosuna müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
"Bu məqsədə çatmaq üçün müxtəlif yollardan və fərqli alətlərdən istifadə edilir, ancaq bizim məqsədimiz vətəndaşlarımızın həyat şəraitini yaxşılaşdırmaqdan ibarətdir”, - o bildirib.
"Bu məqsədə çatmaq, xarici təhlükəsizliyi təmin etmək, müasir yeniliklər üzərində iqtisadiyyatın yeni növünü qurmaq üçün biz Rusiya-Çin münasibətlərinin genişləndirilməsini düşünürük”, - rus prezident əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























