• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ağır zərbəyə hazırlaşır

Türkiyə ağır zərbəyə hazırlaşır
06.06.2018 12:00
Türkiyə Silahlı Qüvvələri PKK terror qruplaşmasının qərargahı sayılan Qəndilə Afrində keçirilən "Zeytun budağı” əməliyyatının başlanğıcında 72 qırıcı təyyarənin iştirakı ilə keçirilən hava əməliyyatından daha şiddətli hücum təşkil edə bilər.

Axar.az xəbər verir ki, bu barədə "Hürriyyət” Türkiyənin təhlükəsizlik orqanlarından olan gizli mənbəyə istinadla məlumat yayıb.

Qəndilə hava hücumunun müddətinin Afrinlə müqayisədə daha uzun olacağı, "Fırtına” haubitsalarının da qurudan bölgəni kəskin atəşə tutacağı bildirilib.

"Qəndil hədəf kimi seçiləndə ağlınıza quru qoşunlarının hücuma keçib, irəliləməsi gəlməsin. Bölgənin coğrafi mövqeyi səbəbi ilə şiddətli hava əməliyyatları ola bilər. Quru qoşunlarına isə sıra sonra gələcək”, - nəşrə danışan mənbə bildirib.

Məlumata görə, mümkün Qəndil əməliyyatı zamanı hədəfləri dəqiqliklə işarələmək üçün ərazidə "bordo bereli”lərin kəşfiyyat hücumları da qeydə alınıb.

Türkiyənin təhlükəsizlik mənbələrini Qəndil əməliyyatı zamanı düşündürən digər məqam isə İranın nümayiş etdirəcəyi mövqe olacaq. Yayılan məlumatlara əsasən hazırda ikitərəfli mühasirə ilə bağlı Tehran-Ankara razılığı əldə olunmayıb. Ancaq bölgədə Barazgir vadisinin əhəmiyyətli hissəsinin ələ keçirilməsinin PKK-nın Qəndildən Türkiyə və Sincar istiqamətində hərəkətinə ciddə zərbə vuracağı qeyd olunur.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Afrində keçirilən hava əməliyyatında 72 qırıcı təyyarə ilə 113 hədəfdən 108-ni 95.53 faiz dəqiqliklə vurmuşdu. Burada rəmzi məna daşıyan 72 rəqəmi, "Fərat qalxanı” əməliyyatı nəticəsində həlak olan 72 şəhidin xatirəsinə hörmət olaraq seçilmişdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol