• $
  • €
  • ₽
  • ₺
  • £

Qəndil əməliyyatını o idarə edəcək – Detallar

Qəndil əməliyyatını o idarə edəcək – Detallar
06.06.2018 19:52
Qəndil əməliyyatı üçün danışıqlar 7 yanvar 2018 tarixində başladılıb. Baş nazir Binəli Yıldırımın Bağdad ziyarətini nəzərdə tuturam. Baş nazir Binəli Yıldırım iraqlı həmkarı Heydər Abadi ilə Qəndil əməliyyatını müzakirə edir. Əməliyyat qərarı isə 27 noyabr 2017-ci il tarixində keçirilən Milli Təhlükəsizlik Komitəsinin iclasında qəbul edilib.

Axar.az xəbər verir ki, bu sözlər "Hürriyyət” yazarı Əbdülqədir Səlvinin Türkiyənin PKK-nın beşiyi sayılan Qəndil istiqamətində hazırladığı əməliyyat barədə yazısında qeyd olunub.

"Baş nazirin səfərini Baş Qərargah rəisi Hulusi Akar və MİT müşaviri Hakan Fidanın Bağdad ziyarətləri təqib edir. Arxa qapı diplomatiyası nəticə verir, Bağdad hökuməti əməliyyata yaşıl işıq yandırır. İndi də bənzər proseslər İranla davam etdirilir. PKK liderləri Cəmil Bayık və Murad Qarailan Qəndilin İran tərəfindəki mühafizə olunan ərazilərini istifadə etdikləri üçün İranla razılıq əhəmiyyətli xarakter daşıyır. İran bir müddət əvvəl Qəndilə yaxın yaşayış ərazilərini boşaltmağa başlayıb. Ancaq İranla müzakirələrin hələ də davam etdirildiyi bildirilir”, - Səlvi yazıb.

Müəllifin sözlərinə görə, bu müddət ərzində Türkiyə də boş durmayıb. Ankara PKK düşərgələri istiqamətində təsirli əməliyyatlar təşkil edib:

"PKK-nın qış təşkilatlanmasına izn verilməyib. PKK-nın bir təqvimi var. Türkiyə təhlükəsizlik orqanlarının effektli əməliyyatları nəticəsində PKK bu il Türkiyə ərazisinə partladıcı maddə və minalar keçirə bilməyib. Daxili İşlər naziri Süleyman Soylu görüşlərimizdən birində əlini xəritə üzərində gəzdirib "Bestlər-Dərələr bölgəsini dronlarla nəzarətə alıb, keçidlərinə icazə verməyəcəyik” demişdi. Soylu dediyini etdi”.

Səlvinin yazısında ən diqqətçəkən məqam isə Qəndil əməliyyatının artıq başladığını iddia etməsi olub.

"Biz "Qəndil əməliyyatı təşkil olunacaqmı” deyə müzakirə aparırıq, ancaq təhlükəsizlik orqanlarına görə əməliyyat onsuz da başladılıb. Mart ayından etibarən içəriyə 25-30 kilometr girilib. 11 baza bölgəsi yaradılıb. PKK-nın 16 düşərgəsi məhv edilib. İraqın daxilində isə Qəndillə Suriya arasındakı əlaqəni qopartmaq üçün mühasirəyə almaq əməliyyatı davam etdirilir. Qəndillə PYD-YPG arasındakı əlaqəni qoparmaq üçün PKK-nın Sincardan çıxarılması əhəmiyyətli bir addım idi. Bu da qismən həyata keçirildi.

Günlərlə davam edəcək bombardmanla Qəndildəki düşərgələrin, silah-sursat anbarlarının məhv edilməsi planlaşdırılır. Qəndil yumşaldıqdan sonra hava dəstəkli quru əməliyyatının başlayacağı söylənir. TSQ Qəndil əməliyyatına sıfır səhv ehtimalı ilə hazırlanır. Təşkilata sadəcə hərbi deyil, psixoloji olaraq da böyük bir zərbə vurulmuş olacaq. Beləliklə, Qəndilə türk bayrağının sancılması PKK ilə mübarizədə bir dönüş nöqtəsi anlamına gələcək. Bu arada Məhərrəm İncəyə də məyus olacağı bir xəbərim var. Qəndil əməliyyatını rütbəsini sökəcəyini açıqladığı İsmayıl Mətin Temel paşa idarə edəcək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol