Ərəb ölkəsi NATO-ya daxil olmaq istəyir

Qətər NATO-ya üzv olmaq niyyətindədir.
Oxu.Az AFP agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Qətərin müdafiə naziri Xalid İbn Məhəmməd əl-Attaiya məlumat verib.
"Əgər NATO ilə əməkdaşlığımız inkişaf etsə, əsas məqsədimiz tamhüquqlu üzv olmaqdır”, - o bildirib.
Nazirin sözlərinə görə, Qətər NATO-nun ixtisaslaşmış mərkəzlərindən birinə ev sahibliyi edə bilər.
Bununla yanaşı, o bildirib ki, Doha Rusiyadan S-400 zenit-raket komplekslərini alacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn terrorçuluğa dəstək məqsədilə Qətərlə diplomatik əlaqələrini kəsib və ona 13 maddəlik şərt irəli sürüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























