• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp yenə himnin sözlərini unutdu - VİDEO

Tramp yenə himnin sözlərini unutdu - VİDEO
06.06.2018 17:27
ABŞ prezidenti Donald Tramp Ağ Evdə "Filadelfiya Qartalları” milli futbol komandası ilə birgə görüş əvəzinə keçirilən vətənpərvərlik tədbirində ABŞ-ın dövlət himni – "Tanrı Amerikanı qorusun!” mahnısının sözlərini unudub.

AzVision.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Belə ki, dəniz orkestri və ABŞ ordusu hərbi xorunun birlikdə ifa etdikləri himnə Tramp da qoşulub. Xorun ön sırasında dayanan Tramp mahnının yalnız ilk sətrini oxuyub və ağzını yumub. Sonra isə yalnız nəqarətlərdəki "Tanrı Amerikanı qorusun!” ifadəsini təkrarlayıb. 

Yayılan video görüntülərdə ABŞ prezidentinin himnin sözlərini unutduğu açıq-aşkar görünür. Bu tragikomik situasiyada ən maraqlı məqam isə, hazırkı ABŞ administrasiyasının vətənpərvərliyini nümayiş etdirmək məqsədilə keçirilən tədbirdə himnin bitməsindən sonra Trampın "Biz ölkəmizi sevirik. Bayrağımıza hörmət edirik. Və milli himnimizi səsləndirərkən həmişə qürurla dayanırıq” sözlərini deməsi olub. 

Sosial şəbəkədə yayılan görüntülər amerikalılar tərəfindən ciddi tənqidlə qarşılanıb. Əksər istifadəçilər Trampın nəinki dövlət himni, ümumiyyətlə ABŞ-ın vətənpərvər mahnılarının sözlərini bilmədiyini yazıblar. 

Qeyd edək ki, bundan əvvəl də - bu ilin yanvarında Tramp Kolleclər Arası Milli Futbol Çempionatının play-off mərhələsinin final oyununda ABŞ dövlət himninin sözlərini unutmuş və sadəcə imitasiya etmişdi. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol