• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD və Qərb haqda inanılmaz faktlar

İŞİD və Qərb haqda inanılmaz faktlar
29.05.2020 00:31
BBC-nin keçmiş əməkdaşı Toy Qoslinq İŞİD-in yaradılması ilə bağlı şok iddia ilə çıxış edib.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, jurnalist İŞİD-in NATO qüvvələri tərəfindən planlı şəkildə yaradıldığını, İngiltərə və ABŞ Mərkəzi Kəşfiyyat Xidmətləri (Mİ6 və MKİ) tərəfindən böyüdüldüyünü deyib.

Jurnalist İŞİD-in hansı məqsədə xidmət etdiyini şərh edərək Qəddafi və Əsəd ilə döyüşmək üçün istifadə edilən köhnə bir təşkilatın yeni adı olduğunu qeyd edib: “Hər kəsin iddia etdiyi kimi İŞİD birdən-birə ortaya çıxmayıb. Bu canavarın meydana gəlməsində Qərb güclərinin müstəsna xidmətləri var. Bunun yaradılma məqsədi isə Qərbin diktəsinə qarşı mübarizə aparan Yaxın Şərqi diz çökdürmək, onları tabe etməkdir. İŞİD NATO ölkələri tərəfindən yaradılıb. Bu təşkilat Qəzzafi və Əsəd ilə döyüşmək üçün istifadə olunan köhnə bir təşkilatın yeni adıdır. Ayrıca bu təşkilat, əslində, “bal çanağı” funksiyasını yerinə yetirir. Bu termin kəşfiyyat xidmətləri tərəfindən istifadə edilir”.

Jurnalist NATO tərəfindən yaradılan İŞİD-in müsəlman aləminə ciddi zərbə vurmaq üçün yaradıldığını deyərək, əsas rolu Türkiyədə fəaliyyət göstərən İngiltərə xüsusi xidmət orqanlarının oynadığını iddia edib: “İŞİD-i meydana gətirənlər yalnız ABŞ, Birləşmiş Krallıq və İsrail deyil.

Əsas məqsədlərdən biri də Yaxın Şərqdə İsrailin genişlənməsinə nail olmaqdır. İnsanlar bu təşkilatları televiziyadan seyr edərkən tamamilə özbaşına və dağınıq şəkildə küçələrə çıxdığını görə bilər. Əsla. Bu, ABŞ MKİ və İngiltərə Mİ6 təşkilatlarının maliyyə dəstəyi ilə baş verir və tam planlı şəkildə aparılır. Məncə, Mİ6-nın Türkiyədəki sütunları daha güclüdür. Mən Türkiyə səlahiyyətlisi olsaydım, İngiltərə hərbi attaşesinin kim olduğunu araşdırardım. Nə etdiklərini yaxından izlərdim. Çünki Türkiyə NATO üzvü və İslam ölkəsi olaraq çox həssas bir mövqedədir. Son zamanlarda NATO-nun apardığı siyasət İslamı məhv etməkdir. Bu siyasətin mahiyyəti yalnız İslam neftini ələ keçirmək üçün deyil, ayrıca dünyadakı İslam xalqlarının əxlaqi dəyərlərini də yıxmaqdır”. Jurnalist mason siyasətinə toxunaraq İngiltərənin kraliça tərəfindən deyil, masonlar tərəfindən idarə olunduğunu da deyib: “Əslində, London olduqca qəribə bir təşkilatdır. Rotşild ailəsi Birləşmiş Krallıqda əsrlərdir ki, çox ciddi nüfuza sahibdir. Məsələn, Kraliça Londona girərkən onlardan icazə alır. Rokfeller ailəsi də Rotşildlərlə yaxındır. Sonuncu Rokfellerlərdən daha qədimdir. Çünki Rotşild Avropa bankçılığının əsasını qoyub. “Azad Masonlar” da İngiltərədə güclü təsirə malikdir. İngiltərədə bir çox polis “Azad Masonlar”a qatılıb. Məhz bu səbəbdən “Azad Masonlar” "məşhur" günahkarları qoruyur” .

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol