• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda etirazçılar kilsəyə basqın etdilər

Ermənistanda etirazçılar kilsəyə basqın etdilər
06.07.2018 17:00
Bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun həmin kilsədəki dəftərxanasına basqın ediblər.

AzVision.az bildirir ki, bu barədə Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram Məlikyan "Facebook” səhifəsində məlumat yayıb. 

Onun dediyinə görə, kilsəyə basqın edən nümayişçilər ultimatum xarakterli tələblər irəli sürür, ibadət məkanına yaraşmayan təhqiredici və təxribatçı hərəkətlər edirlər. Məlikyan bildirib ki, etirazçılar keşişlərin bu cür qəbuledilməz davranışları dayandırmaq çağırışlarına qulaq asmırlar. 

II Qareginin istefasını tələb edən etirazçı qrupun lideri Karen Petrosyan isə deyib ki, kilsə işçiləri onlara hücum ediblər. Aksiya iştirakçıları katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan ediblər. 

Xatırladaq ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinni təşəbbüsilə başlayan "Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydır ki, Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin istefasını və xalqın qarşısına çıxıb indiyədək törətdiyi əməllərə görə cavab verməsini tələb edirlər. Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan edirlər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol