• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan ona inananları məyus etdi

Paşinyan ona inananları məyus etdi
06.07.2018 19:18
Ermənistanda Amulsar dağ-mədənin fəaliyyətilə bağlı 2 həftədir davam edən etirazlara çözüm tapmaq üçün baş nazir Nikol Paşinyan "Lidian Ermənistan” şirkətinin nümayəndələri və mədənin istismarının dayandırılmasını tələb edən etirazçılarla görüşüb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, müzakirələrin gedişində Amulsar mədənində ekspertiza aparılması barədə razılıq əldə olunmayıb. Nəticədə uzun söhbətlərdən bezən Paşinyan tələsdiyini bəhanə gətirərək artıq danışıqlarda iştirak edə bilməyəcəyini deyib. Amma qarşı tərəfdə qıcıq oyatmamaq üçün məsələ ilə bağlı nazirlər kabinetinin məşğul olacağına söz verib. 

Lakin Paşinyan görüşü tərk edəndən sonra məyus olan mitinqçilər güzəştə getməyəcəklərini və mübarizəni sonadək davam etdirəcəklərini bəyan ediblər. 

Qeyd edək ki, Ermənistandakı ekoloji təşkilatlar xəbərdarlıq edib ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də Cermuk şəhəri və ona yaxın kəndlərin sakinləri artıq 14 gündür ki, aksiya keçirərək şəhərdən 13 kilmetr aralıda yerləşən Amulsar dağ-mədəninə gedən bütün yolları bağlayıblar və onun fəaliyyətinin dayandırılmasını və nazirlər kabinetindən Ermənistanın iqtisadi siyasətinə yenidən baxmağı tələb edirlər. Etirazçılar bəyan edirlər ki, "məxməri inqilab"da Paşinyanla "çiyin-çiyinə savaşıblar” və indi də Paşinyan onların problemini həll etməlidir. 

Onların fikrincə bu, təkcə iqtisadi yox, həm də etimad məsələsidir. Mitinqçilər hesab edir ki, əgər Paşinyan Amulsar dağ-mədənini bağlamasa və məsələ ilə bağlı təcili tədbirlər görməsə, aprel inqilabının ideallarını zədələmiş, onu vəzifəyə gətirən əhalinin isə etimadını birdəfəlik itirmiş olacaq. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol