• $
  • €
  • ₽
  • ₺
  • £

İki düşmən ölkə rəsmən barışdı

İki düşmən ölkə rəsmən barışdı
16.07.2018 19:19
Bu gün Afrikanın şimal-şərqində yerləşən Eritreya qonşu Efiopiyanın paytaxtı Əddis Əbabada öz səfirliyini yenidən açıb. Bununla da, 20 ildən sonra iki ölkə arasındakı diplomatik münasibətlər bərpa olunub.
 
AzVision.az "Reuters”ə istinadən xəbər verir ki, səfirliyin açılış mərasimində Eritreya prezidenti İsaias Afverki və Efiopiya baş naziri Abiy Əhməd şəxsən iştirak ediblər. 

Xatırladaq ki, 9 iyulda Asmara şəhərində keçirilən ikitərəfli tarixi görüşdə Efiopiya və Eritreya liderləri "Sülh və Dostluğa dair Birgə Bəyannamə” imzalayaraq, iki ölkə arasında hökm sürən müharibə vəziyyətinə son qoyduqlarını, sülh və dostluğa söykənən yeni dövrün başlandığını bəyan ediblər. 

Bildiriblər ki, illərdir davam edən müharibə vəziyyətindən sonra Efiopiya və Eritreya arasında diplomatik, ticarət, nəqliyyat və kommunikasiya əlaqələri bərpa olunacaq və sərhədlər yenidən açılacaq. 

Qeyd edək ki, 1993-cü ildə Efiopiyadan ayrılaraq Eritreyanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında sərhəd məsələləri üzündən ziddiyyətlər yaranmışdı. Nəticədə 1998-2000-ci illərin müharibəsində on minlərlə insan həyatını itirmişdi. 2000-ci ildə Əlcəzirədə iki ölkə arasında sülh müqaviləsi imzalansa da, Efiopiyanın bəzi mübahisəli ərazilərdən çəkilməyi rədd etməsi nəticəsində münaqişə indiyədək davam edib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol