• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Rusiya ilə hərbi ittifaqı pozur

Ermənistan Rusiya ilə hərbi ittifaqı pozur
23.07.2018 09:16
Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusu təkrar gözdən keçiriləcək.

Virtualaz.org bildirir ki, belə sensasiyalı bəyanatla bazar günü Ermənistanın yeni müdafiə naziri David Tonoyan çıxış edib.

"Bunlar daşda yonulmuş sənədlər deyil və vaxt ötdükcə problemlər yaranır, hansılar ki, hüquqi və müqavilə dəyişiklikləri tələb edir. Və bu, əlbəttə, ediləcək", — deyə David Tonoyan Yerevanda jurnalistləri əmin edib.

Nazir Tonoyan Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna, hansı ki, 1992-ci ilin yanvarında, SSRİ-nin dağılmasından və Ermənistanın müstəqillik bəyannaməsi qəbul etməsindən sonra imzalanıb, konkret nə kimi dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib. Amma izah edib ki, Şirak əyalətinin Panik kəndində Rusiya hərbi qulluqçularının iştirakı ilə bu yaxınlardakı hadisə dəyişiklikləri sürətləndirə bilər.

Xatırladaq ki, ötən çərşənbə axşamı Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının hərbçiləri texnika və canlı qüvvə ilə Şirak bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açıb, qumbara atıb və s. hərbi hazırlıq əməliyyatları keçiriblər. Bu yerli əhali arasında ciddi təşvişə səbəb olub və narazılıq doğurub.

Rusiya qəzeti "Kommersant” qeyd edir ki, Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna yenidən baxılması haqda müdafiə naziri David Tonoyanın bəyanatı bu ölkənin müstəqilliyinin ilk illərindən bəri respublikada olan Rusiya hərbçilərinin ünvanına səslənən ən sərt fikirdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol