• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan həbs oluna bilər

Sarkisyan həbs oluna bilər
30.07.2018 12:16
"Ermənistanda sabiq prezident Röbert Koçaryan və digərlərinin həbsi İrəvan klanın "Qarabağ klanı" üzərində apardığı haqq-hesabdır. Eyni zamanda baş nazir Paşinyanı müdafiə edən, küçələrdə onunla birlikdə "məxməri inqlab”ın ideyalarını reallaşdırmağa çalışan insanların tələbidir”.
 
Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, qeyd edib ki, bu gün Paşinyanın həmin insanların maddi rifahını, əmək haqqını, müavinətlərini qaldırmağa imkanı yoxdur. Amma Paşinyan düşünür ki, onu müdafiə edənləri nə iləsə təsəlli verməlidir. 

"Yəni, ölkədə kifayət qədər cinayətlər törətmiş, ölkənin malını-mülkünü talamış, rüşvət və korrupsiya yolu ilə böyük sərvət toplamış insanlara qarşı aparılan mübarizə həmin insanların qarnını doyurmasa da, təskinlik verir. Çünki həmin adamlar belə düşünür ki, Paşinyan ölkədə haqqın, ədalətin bərpa olunması uğrunda mübarizə aparır. Korrupsioner dövlət qulluqçularını, əli erməni xalqının qanına batmış sabiq prezidenti və ətrafında olan hərbiçiləri sıradan çıxarır. Bu baxımdan Paşinyan bir güllə ilə iki dovşan vurur”. 

Politoloq hesab edir ki, Ermənistanda başladılan proseslər davamlı olacaq. Onun sözlərinə görə, sabiq prezident Serj Sarisyan da həbs oluna bilər: "İndiyə qədər Serj Sarkisyanın yalnız qardaşı həbs olunub. Amma Serj Sarkisyanın da rüşvət və korrupsiya olayları ilə bağlı cinayətləri var. Bu baxımdan onlar da araşdırılır. Serj Sarkisyan müalicə adı altında ölkədən çıxsa da, üzərindəki qara buludlar çəkilməyib. Güman edirəm ki, bu məsələlərin bir ucu da Robert Koçaryanın zamanında müdafiə naziri, ardından ölkənin prezidenti olmuş Serj Sarkisyana da çatacaq. Beləliklə də "Qarabağ klanı”nın başçıları və fəal icraçıları sıradan çıxarılacaq. Paşinyan isə bunu erməni xalqına ədalətin təntənəsi kimi təqdim edəcək. Hadisələr mürəkkəb ssenari üzrə davam edir və onun daha da gərginləşəcəyini istisna etmək olmaz”. 

Q.Hüseynli deyib ki, bu məsələlərdə Rusiyanı qıcıqlandıran məqamlar da olacaq: "Robert Koçaryan və Serj Sarkisyan Rusiyanın adamı olub. Daha doğrusu Rusiya tərəfindən böyüdülmüş, bəslədilmiş insanlardır. Amma Rusiya üçün vaxtı keçmiş, özünü doğrultmayan siyasətçilər anlayışı var. Nəzərə alsaq ki, Paşinyanın arxasında Avropa və Amerikadakı erməni diasporu dayanır. Onlar həm siyasətdə, həm iqtisadiyyatda kifayət qədər güclüdürlər. Bu nöqteyi-nəzərdən Rusiyanın bu məsələlərdə hər hansı addım atacağını gözləmək çətindir. Amma ola bilsin ki, həbs olunanların azad olunması üçün Rusiyanın müəyyən təzyiqləri olsun”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol