• $
  • €
  • ₽
  • ₺
  • £

Silah çatdırılması dayandırılır - Kremldən İrəvana ZƏRBƏ

Silah çatdırılması dayandırılır - Kremldən İrəvana ZƏRBƏ
02.08.2018 10:17
Ölkənin keçmiş rəhbərlərinin Ermənistanın yeni hakimiyyəti tərəfindən təqib edilməsi Moskvanı qəzəbləndirib.

Publika.az xəbər verir ki, bu haqda dövlət strukturlarında mənbələr "Kommersant” nəşrinə bildiriblər.

Xüsusi halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəmə prosesinə cəlb edilməsi Kremli özündən çıxarıb. Mənbələrin sözlərinə görə, Rusiyada Ermənistanın indiki administrasiyasının hərəkətlərinin hərbi blokun imicinə zərbə hesab edirlər. Moskvada KTMT-nin baş katibi vəzifəsinə başqa ölkənin (KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan daxildir –RED.) vətəndaşının seçilməsini istisna etmirlər.

Qəzetin həmsöhbətləri qeyd edirlər kli, İrəvandakı yeni hakimiyyətin hərəkətləri ilə daha əvvəl uyğunlaşdırılan və dəyəri 100 milyon dollar qiymətləndirilən silah partiyasının Ermənistana çatdırılması təhdidi altına düşüb.

Xatırladaq ki, iyulun 31-də Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov İrəvandan narazılığını açıq şəkildə dilə gətirib. Onun sözlərinə görə, Ermənistanda baş verən hadisələr siyasi sələflərini təqib etməyəcəyini bildirən yeni ölkə rəhbərliyinin bəyanatları ilə ziddiyyət təşkil edir.

"Rusiya Ermənistanın müttəfiqi kimi bu ölkənin sabitliyində maraqlıdır. Həmçinin, Ermənistanın MDB məkanında iştirak etdiyi təşkilatların normal işi nöqteyi-nəzərindən bu ölkədə baş verənlər bizi narahat edir. Son günlər ərzində bir neçə dəfə erməni rəhbərliyinə narahatlığımızı çatdırmışıq. Hesab edirik ki, vəziyyət konstruktiv yol üzrə gedəcək”, - Lavrov deyib.

Lavrova İrəvanın cavabı gecikmədi. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirdi ki, Ermənistanda daxili siyasi proseslər xarici siyasətlə bağlı deyil.

"Biz hüquqi dövlətin formalaşması ilə bağlı olan daxili proseslərə beynəlxalq reaksiyaları izləyirik. Bu proseslər Ermənistanın xarici siyasətiylə əlaqəli deyil. Erməni tərəfi təsdiq edir ki, parlament tərəfindən təsdiq edilmiş hökumət proqramı ilə möhkəmləndirilmiş xarici siyasət prioritetləri Ermənistan-Rusiya ittifaqın dərinləşməsinə, Avrasiya İqtisadi İttifaqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı münasibətlərin təsirliliyin artmasına hədəflənib”, - Balayan vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol