• $
  • €
  • ₽
  • ₺
  • £

Ben Ladenin anası: O, yaxşı uşaq idi

Ben Ladenin anası: O, yaxşı uşaq idi
03.08.2018 14:14
"Əl-Qaidə” terror təşkilatının banisi və lideri Usama ben Ladenin anası Aliya Qanem Böyük Britaniyanın "The Guardian” nəşrinə müsahibə verib. 

Oxu.Az bununla bağlı Gazeta.ru saytına istinadla xəbər verir. 

Hazırda onunla birlikdə Ciddə şəhərində terrorçunun qardaşları Əhməd və Həsən, eləcə də, ikinci əri Məhəmməd əl-Attas yaşayır.

11 sentyabr hadisələrindən 17 il keçməsinə baxmayaraq, Umama ben Ladenin ailəsi Səudiyyə cəmiyyətinin nüfuzlu hissəsi olaraq qalır.

"O, məndən çox uzaqda olduğu üçün həyatım çox çətin olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi”, - ana deyib. 

Aliya Qanem bildirib ki, onun ikinci əri Usamanı üç yaşından böyüdüb. 

"The Guardian” qeyd edib ki, Usama ben Ladenin ailəsi krallığın ən varlı ailələrindən biri olaraq qalır. 

Uzun illərdir Aliya Qanem və ailəsi ben Laden barədə şərh verməkdən boyun qaçırırdılar. Qadın nə ben Ladenin "Əl-Qaidə” qruplaşmasına 20 illik rəhbərliyi, nə də ölümündən sonrakı 10 illik bir dövr ərzində heç vaxt müsahibə verməyib

Qeyd edilib ki, Səudiyyənin nüfuzlu ailələrindən olan Ben Laden ailəsinin yerdəyişməsi və fəaliyyəti hələ də nəzarətdə saxlanılır. Məhz buna görə də müsahibə almaq üçün icazə almaq lazım idi. İcazəni Səudiyyənin 32 yaşlı şahzadəsi Məhəmməd ibn Salman verib. 

Usama ben Ladenin ailəsi hökumət rəhbərlərinin iştirak etdiyi müsahibədə ehtiyatını saxlayır. 

Ana ilk övladı olan Usama ben Ladeni utancaq və dərslərini oxuyan biri kimi xatırlayır. Onun sözlərinə görə, universitetdəki insanlar onu dəyişdi və o, başqa insan oldu. 

"O, yaxşı uşaq idi, universitet vaxtı qarşısına çıxan şəxslər onun beynini yudu. Ona dedim ki, həmin insanlardan uzaqlaşsın, o, heç vaxt mənə etdikləri ilə bağlı danışmırdı, çünki o, məni çox sevirdi”, - Aliya Qanem deyib. 

Ana qeyd edir ki, onun tanış olduğu adamlardan biri Abdulla Azzam idi. O, həmin vaxt "Müsəlman Qardaşları”nın üzvü idi. Bir müddət sonra o, Səudiyyədən qovuldu və Usama ben Ladenin müşaviri oldu. 

1980-cı illərin əvvəlində ben Laden Əfqanıstana yollandı. 

Ananın sözlərinə görə, heç vaxt onun cihadçı olacağı ağlına belə gəlməzdi. Oğlunun kim olduğunu biləndə isə çox təəssüfləndi. 

"Artıq 17 il keçib, ancaq o, hələ də Usamanı təkzib edir. O, Usamanı elə çox sevirdi ki, oğlunu günahlandırmaqdan imtina edirdi. Onun yerinə isə ətrafdakıları ittiham edir. O, ancaq həmin oğlanın yaxşı tərəfini bilir”, - Əhməd deyib. 

O bildirib ki, 11 sentyabr hadisələri baş verən vaxt bunun Usama tərəfindən törədildiyini bildirdi. 

"Mən çox sarsılmışdım. Bu, çox qəribə hisslər idi. Biz ilk 48 saatda bunun Usama tərəfindən törədildiyini öyrəndik”, - Əhməd əlavə edib. 

Ailə üzvlərinin sözlərinə görə, sonuncu dəfə onlar Usamanı 1999-cu ildə Əfqanıstanda görüblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol