• $
  • €
  • ₽
  • ₺
  • £

“İçəri girəndə gördüm ki, Tramp məxfi sənədi yeyir…”

“İçəri girəndə gördüm ki, Tramp məxfi sənədi yeyir…”
12.08.2018 21:56
ABŞ prezidenti Donald Tramp Ağ evdə, Oval ofisdə mühüm məxfi informasiyanın yer aldığı qeyd kağızını yeyib.

Ağ evin ictimai təşkilatlar və əhali ilə əlaqələr üzrə idarəsinin keçmiş kommunikasiyalar direktoru Omarosa Maniqolt-Nyuman bunun şəxsən şahidi olub. Keçmiş Ağ ev məmuru həmin epizoda özünün yeni çapdan çıxan kitabında yer verib. Kitabdan seçmələri "The Washington Post” qəzeti yer verib.

Maniqolt-Nyuman bildirir ki, 2017-ci ilin əvvəllərində Oval ofisə daxil olanda Trampın kağız parçalarını çeynədiyini görüb. "Tramp həmişə hermofob olub. Mən onun kağızı necə çeynəyib udduğunu görəndə şoka düşdüm. Həmin kağızda çox güman ki, çox, çox həssas informasiya var idi”-keçmiş məmur kitabda yazır.
Qəzet yazır ki, kitabda Tramp özünəvurğun və rasist biri kimi təsvir edilir. Lakin Ağ evin mətbuat katibi Sara Sanders kitabda yazılanları "yalan və uydurma” adlandırıb.

Lakin 2018-ci ilin iyun ayının əvvəllərində "Politico” qəzeti Ağ ev dəftərxanasının keçmiş əməkdaşlarına istinadən yazmışdı ki, Tramp rəsmi sənədləri xırda hissələrə cırmağı xoşlayır. Sonradan bu sənədləri Ağ evin əməkdaşları skotçla yapışdırıb bərpa etməli olurlar. Çünki sənədlər arxivdə saxlanılmalıdır. "Hərdən kağızı ortadan iki cırır, hərdən isə elə xırda hissələrə bölür ki, konfetti kimi görünür”-mənbə bildirib.
 
(Virtualaz.org)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol