• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Türkiyəyə "Yox" cavabı verdi

Tramp Türkiyəyə "Yox" cavabı verdi
14.08.2018 10:59
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin Vaşinqtondakı səfiri ilə görüşüb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sərdar Kılıçın ricası ilə baş tutan görüş nəticəsiz başa çatıb.

Con Bolton görüşdə keşiş Endryu Branson məsələsini müzakirə edib. Söhbət zamanı həmçinin Türkiyə-ABŞ münasibətlərinin son vəziyyətindən də danışılıb. Belə ki, Bolton keşiş Endryu Branson azad olunmayana qədər Vaşinqtonla Ankara arasında gərginliyin qalacağını deyib.

"Branson Türkiyə ərazisində həbsdə qaldığı müddətdə bizim müzakirə aparmağa mövzumuz olmayacaq”- deyə Bolton səfir Sərdar Kılıça deyib. Görüşün keçirilməsi üçün Türkiyə tərəfinin müraciət etdiyi xəbər verilir.

Xatırladaq ki, iki ölkə arasında siyasi və iqtisadi gərginlik Türkiyədə amerikalı rahib Endryu Bransonun Türkiyədə həbsindən sonra başlayıb. 

Vaşinqtonun Türkiyə hökumətinə azad edilməsi üçün vaxt verdiyi rahib Endryu Bronson kimdir?

O, 1968-cı ildə ABŞ-da anadan olub. ABŞ-da dini təhsil alıb, 23 ildən artıqdır ki, Türkiyədə yaşayır. İzmirdə protestant Diriliş kilsəsinin keşişidir. 2016-cı il dekabrın 9-da həbs olunub. Türkiyə ədliyyəsi onu FETÖ üzvü olmaqda ittiham edir. 

Rəsmi ittihama əsasən, Endryü Kreiq Bronson "dövlətə məxsus, gizli saxlanması lazım olan məlumatları siyasi və hərbi casusuluq məqsədi ilə əldə etmə, Türkiyə Böyük Millət Məclisini ləğv etməyə təşəbbüs, konstitusion sistemi dəyişməyə təşəbbüs” cinayətində ittiham olunur. Bundan başqa, Bronson "Gəzi Parkı” hadisələri zamanı aksiyaları dəstəkləmək və təşkilatçılıqda ittiham olunur. İttiham olunduğu cinayətlərə görə rahib Bronson 35 ilə qədər həbs cəzası ala bilər.

Rahib istintaqa ifadəsində bu ittihamları rədd edib və sadəcə dini fəaliyyət göstərdiyini, xristian kilsəsinə mənsub olduğunu, heç bir islamçı hərəkatı dəstəkləmədi bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol