• $
  • €
  • ₽
  • ₺
  • £

Son illərin ən böyük “sxodka”sı keçirildi

Son illərin ən böyük “sxodka”sı keçirildi
20.08.2018 14:46
Moskvada qanuni oğrular son illərin ən böyük "sxodka”sını keçiriblər.

"Ölkə.Az” xəbər verir ki, 10-dan çox nüfuzlu mafiya başçısı 1 nömrəli qanuni oğrunu seçmək üçün bir yerə toplaşıb. Rusiyanın bu vaxta qədər bir nömrəli oğrusu Şakro Molodoy uzun müddətlik həbs cəzası aldıqdan sonra bu yer boş qalmışdı. "Rosbalt” nəşriyyatının xəbərinə əsasən, "sxodka”nın qərarına əsasən, kriminal aləmdə Şişkan kimi tanınan Oleq Şişkanov bir nömrəli oğru seçilib.

Məlum olub ki, görüş Mixail Lujnetskinin təşəbbüsü ilə keçirilib. "Sxodka” onun nəzarəti altında olan elit restoranların birində baş tutub. Görüşdə bu mafiya başçıları iştirak edib:

Vasya Voskres (Vasiliy Xristoforov”, Miron (Dmitriy Çanturiya), Şişkan (Oleq Şişkanov”, Mişa Lujnetskiy (Mixail Voevodin), Petrik (Aleksey Petrov), Aksen (Sergey Aksenov), Badri Kutaisskiy (Badri Koquşavili), Kaxa (Kaxaber Parpaliya),  Quca Kuatisskiy (Elquca Turkadze) və Meliya (Merab Qoqiya) iştirak edib.
Əvvəlcə kriminal dünyada baş verən son hadisələr müzakirə edilib: Lotu Qulinin Türkiyədəki aktivliyi, Tariel Oianinin Rusiyaya girişinə qadağa qoyulması, Şakronun uzun müddətlik həbs edilməsi və s.

Bütün görüş iştirakçıları ümumi fikrə gəliblər ki, Şakronun 9 il 10 ay müddətinə həbs edilməsi ölkə kriminal dünyasına yeni rəhbər seçilməsi tələbini ortaya çıxarıb. Mafiozlar bu posta Oleq Şişkanovu layiq görüblər. Artıq Rusiya mafiyasının lideri Şişkandır. Bu yaxın günlərdə isə "sxodka”nın qərarı kriminal aləmin bütün nümayəndələrinə çatdırılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol