F-35 təyyarəsi qəza enişi etdi

ABŞ-ın beşinci nəsil "F-35A Lightning II” təyyarəsi Floridanın Eqlin aviabazasına qəza enişi edib.
Oxu.Az xəbər verir ki, yayımlanan görüntülərdə təyyarənin qabaq şassisinin açılmadığı görünüb.
Hadisə avqustun 22-də yerli vaxtla 12:50-də baş verib. İnsidentin səbəbləri araşdırılır. Xəsarət alan olmayıb.
Məlumatlara görə, "F-35A Lightning II” döyüş təyyarəsi Miçiqanda keçirilən "Thunder Over Michigan 2018” aviaşousunda iştirak etmək üçün Eqlin aviabazasını tərk edib. Qəza enişindən sonra qırıcının aviaşouda iştirakı təxirə salınıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























