• $
  • €
  • ₽
  • ₺
  • £

Psixoloji yardım rəsmiləşir - Azərbaycanda

Psixoloji yardım rəsmiləşir - Azərbaycanda
28.08.2018 20:48
Azərbaycanda uzun müddətdir müzakirə edilən "Psixoloji yardım haqqında" qanun layihəsi artıq hazırdır.

Anews.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, qanun layihəsi Səhiyyə komitəsi tərəfindən hazırlanıb, müzakirələrdən keçib, müxtəlif əlaqədar nazirliklərdən, dövlət komitələrindən müsbət rəylər alınıb, aidiyyəti üzrə qeyri-hökumət təşkilatları, müxtəlif psixoloji mərkəzlərdə çalışan psixoloqlar qanun layihəsi ilə bağlı dinləmələrdə iştirak ediblər, işçi qrupunun tərkibində olublar.

Onun sözlərinə görə, qanun layihəsi hazırdır və yəqin ki, Milli Məclisin payız sessiyası zamanı plenar iclasa çıxarılacaq və qəbul olunacaq.

Qanun layihəsinin mahiyyətinə toxunan M.Quliyev qeyd edib ki, Azərbaycanda hələ sovet dövründən psixoloji yardım göstərilir:

"Sovet dövründən böyük zavodlarda, fabriklərdə psixoloq ştatları olurdu, o cümlədən ali məktəblərdə, orta təhsil müəssisələrində psixoloji yardım göstərilirdi. Bu gün də istər dövlət, istərsə də özəl müəssisələrdə psixoloq xidmətləri var, kifayət qədər özəl psixoloji kabinetlər, psixoloq yardımı mərkəzləri fəaliyyət göstərir. Ancaq bunların hamısı pərakəndə şəkildə işləyir, psixoloqların peşə tələbləri standartı yoxdur. Bu baxımdan qanun layihəsində kimin psixoloq ola bilməsi, kimin hansı sahədə psixoloji yardım göstərə bilməsi, psixoloji yardımın kriteriyaları və s. məsələlər öz əksini tapıb".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol