• $
  • €
  • ₽
  • ₺
  • £

Putindən Ərdoğana ZƏRBƏ: Rus təyyarələri şəhəri bombalayır

Putindən Ərdoğana ZƏRBƏ: Rus təyyarələri şəhəri bombalayır
08.09.2018 16:04
Bəşər Əsəd rejimi və Rusiyaya aid döyüş təyyarələri bu gün Suriya müxalifətinin nəzarətindəki İdlib şəhərinə yenidən hücuma keçib.

Publika.az xəbər verir ki, Əsəd rejimi "çəllək bombası” (kustar üsulla düzəldilmiş bombalar: içinə partlayıcı maddələrin yığıldığı çəllək) və top atəşi ilə İdlibin cənubu və Hamanın şimalındakı Huveyn, Latamne, Serce və Han Şeyhun bölgələrini bombalamağa başlayıb.

Rusiya və Əsəd rejiminə bağlı döyüş təyyarələrinin hücum etdiyi İdlibin cənubundakı Abdin qəsəbəsində ən azı 5 mülki vətəndaş həyatını itirib, 10 nəfər yaralanıb.

Yerli mənbələr hazırda hücumların davam etdiyini bildirirlər.

Maraqlıdır ki, dünən Tehranda keçirilən Türkiyə, Rusiya və İran liderlərinin zirvə görüşündə Ərdoğan İdlibdə mülki vətəndaşları qorumaq üçün atəşkəs təklifi irəli sürmüşdü. Rusiya prezidenti Vladimir Putin də Ərdoğanın bu təklifini dəstəkləmişdi. Lakin zirvə toplantısından bir gün sonra Rusiya təyyarələrinin Əsəd rejimi ilə birlikdə İdlibə hücuma keçməsi proseslərin pərdəarxasında qaranlıq məsələlərdən xəbər verir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol