• $
  • €
  • ₽
  • ₺
  • £

4 il əvvəl yoxa çıxmış təyyarə cəngəllikdə tapıldı?

4 il əvvəl yoxa çıxmış təyyarə cəngəllikdə tapıldı?
11.09.2018 19:14
Britaniyalı ləpirçi Yan Uilson "Daily Star” nəşrinə məxsusi müsahibəsində bildirib ki, o, Malayziyaya məxsus və dörd il əvvəl müəmmalı şəkildə itmiş MH370 təyyarəsini tapıb.
 
"Daily Star” nəşri xəbər verir ki, Y.Uilson sərnişin təyyarəsinə oxşayan obyektlə Kambodcanın çətin keçilən rayonlarından birində "Google Maps”in süni peyk görüntülərini təhlil edərkən rastlaşıb.
 
Y.Uilson bəyan edib ki, bu obyektin Malayziya Hava Yollarının 2014-cü il martın 8-də Kuala Lumpur-Pekin reysi ilə uçan "Boeing 777-200” sərnişin təyyarəsi olmasına o, tamamilə əmindir.
 
"Google Maps”in fotolarından da göründüyü kimi, obyekt təyyarəyə çox oxşasa da, onun uzunluğu 70 metrə çatır. "Boeing 777-200” təyyarəsinin standart uzunluğu isə 63,7 metrə bərabərdir. Y.Uilson bunu təyyarə yerə dəyərkən quyruq hissəsinin qopması ilə izah edir.

Eyni zamanda, o, çəkiliş zamanı təyyarənin cəngəlliklər üzərində uçan digər layner olması barədə fikirlə razılaşmadığını da bildirir. Onun sözlərinə görə, bunu "Google Earth”in funksiyalarından biri ilə yoxlamaq mümkündür və bu zaman təyyarənin yerdə olduğu aydın görünür.
 
Y.Uilson əlavə edib ki, o, qəzanın baş verdiyi yerə özü şəxsən getmək istəyir. Belə ki, axtarışla məşğul olan malayziyalı və avstraliyalı xilasedicilər həvəskarların belə təşəbbüslərini heç də qəbul etmək istəmirlər.
 
Xatırladaq ki, "Malaysia Airlines” şirkətinə məxsus MH370 reysi ilə Kuala Lumpurdan Pekinə uçan təyyarə 2014-cü il martın 8-nə keçən gecə radarlardan itib. Göyərtəsində 239 nəfərin olduğu təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal olunsa da, axtarışlar nəticəsində laynerin düşdüyü yer hələ də müəyyən olunmayıb. (AzərTAc)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol